Icma.az
close
up
RU
Ermənistan Xocalı qətliamına görə üzr istəyəcək? AÇIQLAMA

Ermənistan Xocalı qətliamına görə üzr istəyəcək? AÇIQLAMA

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Xocalı soyqırımının törədilməsindən 33 il ötür. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc Azərbaycan əhalisinə qarşı törədilmiş qətliam tarixin ən dəhşətli faciələrindən biri kimi yadda qalıb.

Lakin ötən illər ərzində nə Ermənistan hakimiyyəti, nə də erməni cəmiyyəti bu qətliama görə üzr istəyib.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Kazım Kazımov hesab edir ki, Ermənistanın Xocalı faciəsinə görə üzr istəməsi üçün ilk növbədə sülhə hazır olması vacibdir, lakin hazırkı vəziyyətdə bunun real olmadığı görünür. Onun sözlərinə görə, Ermənistan cəmiyyətində, eləcə də ölkənin iqtidarında və müxalifətində revanşist meyillər hələ də güclüdür.

“Onların Konstitusiyalarında da, siyasətçilərin nitqlərində də açıq şəkildə görürük ki, hələ də Azərbaycana qarşı nifrət var və Azərbaycanın ərazi bütövlüyünü tanımamaq istəyi qalır. Ermənistan yenə də  Azərbaycanla sülh müqaviləsi imzalamaqdan çəkinir. O ki qaldı Xocalı faciəsinə dair həqiqətləri qəbul etmələrinə, mən hesab edirəm ki, bu, yaxın illərdə mümkün görünmür. Çünki onlar nəinki Xocalıdan dərs çıxarıblar, əksinə, imkanları olsaydı, İkinci Qarabağ müharibəsində də eyni vəhşilikləri törədərdilər”, – deyə Kazım Kazımov vurğulayıb.

Ekspertin fikrincə, 2020-ci ildəki müharibə zamanı Ermənistanın Tərtər, Bərdə və Gəncəyə raket zərbələri endirməsi də onların mülki əhaliyə qarşı eyni təcavüzkar siyasəti yürütməsinin sübutudur.  K.Kazımov əlavə edib ki, Azərbaycan Ordusu onlara layiqli cavab verərək düşmənə sarsıdıcı zərbə endirib:

"Bu gün Azərbaycan dünyaya bəyan edir ki, artıq 1992-ci ilin Azərbaycanı deyil. Xocalı kimi faciələrin bir daha yaşanmaması üçün güclü dövlət və qüdrətli ordu hər zaman vətəndaşlarımızın təhlükəsizliyini təmin edəcək. Ermənistanın üzr istəməsi üçün isə təkcə zaman deyil, həm də ciddi siyasi və ideoloji dəyişikliklər lazımdır".

Xatırladaq ki, 1992-ci il 26 fevaral tarixində Xocalı şəhərində 613 nəfər mülki insan, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı şəxs qətlə yetirilib. Eyni zamanda, 1000-ə yaxın insan yaralanıb, 1275 nəfər isə əsir götürülüb və işgəncələrə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil.

Xocalı şəhərindəki əhalinin çoxu məcburi köçkün vəziyyətinə düşüb. Hücum nəticəsində 25 minə yaxın insan öz evlərini tərk edərək müxtəlif bölgələrə sığınıb. Beynəlxalq hüquqda, xüsusilə BMT-nin 1948-ci il Soyqırımı Konvensiyası və 1998-ci il Roma Statutu, soyqırımlarını və insanlıq əleyhinə cinayətləri açıq şəkildə qadağan edir. Bu baxımdan, Xocalı soyqırımı insanlıq əleyhinə cinayət və etnik təmizləmə kimi qiymətləndirilməlidir. 

Bəsti 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 Fevral 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri