Ermənistan Zəngəzur dəhlizi haqda Amerika ilə razılaşıb? | Icma.az
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanla ABŞ arasında Zəngəzur dəhlizinə nəzarət üçün gizli memorandumun imzalanması ilə bağlı iddia yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu məlumatı İspaniyanın “Periodista Digital” nəşri yayıb.
Qəzet iddia edir ki, Ermənistan bununla öz suveren ərazisinin müəyyən bir hissəsindən imtina etməyə məcburdur.
Nəşrin yazdığına görə, sözügedən sənəd erməni diasporu üzvləri arasında yayılıb.
Ermənistanın Sünik rayonundan keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizi sənəddə “Tramp körpüsü” adlanır.
Nəqliyyat dəhlizi Amerika şirkəti tərəfindən idarə olunacaq.
Bu dəhlizdən istifadədən əldə olunacaq gəlirin 40 faizi Amerika şirkətinə, 30 faizi isə Ermənistana çatacaq.
Tam oxu
Xəbəri oxu