Icma.az
close
up
RU
Ermənistan Zəngəzur dəhlizi haqda Amerika ilə razılaşıb?

Ermənistan Zəngəzur dəhlizi haqda Amerika ilə razılaşıb?

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanla ABŞ arasında Zəngəzur dəhlizinə nəzarət üçün gizli memorandumun imzalanması ilə bağlı iddia yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu məlumatı İspaniyanın “Periodista Digital” nəşri yayıb. Qəzet iddia edir ki, Ermənistan bununla öz suveren ərazisinin müəyyən bir hissəsindən imtina etməyə məcburdur. Nəşrin yazdığına görə, sözügedən sənəd erməni diasporu üzvləri arasında yayılıb. 

Ermənistanın Sünik rayonundan keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizi sənəddə “Tramp körpüsü” adlanır. Nəqliyyat dəhlizi Amerika şirkəti tərəfindən idarə olunacaq. Bu dəhlizdən istifadədən əldə olunacaq gəlirin 40 faizi Amerika şirkətinə, 30 faizi isə Ermənistana çatacaq. Beləcə, Ermənistan öz ərazisindən minimum 99 il məhrum edilmiş olacaq.

Sənəddə ABŞ hərbi qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsi də nəzərdə tutur. Amma bunlar ABŞ-nin nizami silahlı qüvvələri deyil, özəl hərbi şirkətin nümayəndələri olacaq. Dəhliz boyunca təhlükəsizliyi təmin edəcək hərbi qüvvənin sayı 1000 döyüşçüdən ibarət olacaq. Onlara güc tətbiq etmək səlahiyyəti də veriləcək.

Bu memorandum Avropa İttifaqının Ermənistanı itirməsi kimi də xarakterizə edilir. Nəşrin yazdığına görə, nəticədə Ermənistanın tərəfdaşı olan Fransa da uduzacaq. 

“Ermənistan faktiki olaraq Amerika xüsusi təyinatlıları tərəfindən işğal ediləcək. Beləliklə, ölkə nə Avropa İttifaqının, nə də Fransanın tərəfdaşı ola bilər. Əslində ABŞ tamamilə yeni siyasi vəziyyət yaradır ki, Ermənistan səsvermə hüququndan, Fransa isə regionda öz maraqlarını müdafiə etmək imkanından məhrum olsun”, - nəşr qeyd edir.

Xatırladaq ki, bir müddət əvvəl “Middle East Eye”da ABŞ-nin Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməsi ilə bağlı xəbər yayılıb. Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda keçirilən brifinq zamanı danışıb. O, hər iki tərəfin - Azərbaycan və Ermənistanın dəhlizlə bağlı müxtəlif təkliflər etdiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev isə iyulun 19-u Xankəndidə III Şuşa Qlobal Media Forumunda bu məsələ ilə bağlı qəti mövqeyini bildirib: “Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz. Ermənistan özü çox şey edə bilər. Mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası Avropa müşahidəçilərini sərhədə dəvət ediblər. Bunlar peşəkar casuslardır. Onlar İrana qarşı casus fəaliyyəti aparırlar. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, biz də onları görə bilirik. Mən Əbu-Dabidə həmkarıma dedim, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir. Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil. Bu, bizim tələbdir. Əks halda vətəndaşlarımız təhlükə altında olacaqlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 İyul 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri