Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Rüstəm Qaraxanlı yazır...
Qərbin düşünən beyinləri Ağ Evdə Trampla Zelenski arasında yaşanan gərginliyi ABŞ-nin yeni administrasiyası ilə Avropanın münasibətlərində fundamental ziddiyyətlərin göstəricisi kimi qiymətləndirirlər.
"The Washington Post" mübahisə ilə nəticələnən fikir ayrılığını "Qərb həmrəyliyinin sonu" kimi təqdim etməkdən belə çəkinmir.
Eyniməzmunlu rəylə bu gün Qərbin demək olar əksər nüfuzlu ekspertləri və təbliğat ruporları çıxış edirlər.
Ancaq onların heç biri problemin məğzinə varmaq istəmirlər, yaxud vara bilmirlər və əslində, bununla da mövcud böhranı daha da dərinləşdirirlər: izlənənlər sadəcə ABŞ-Avropa, yaxud Vaşinqton-Kiyev qarşıdurması deyil, sistemli erroziyanın əlamətləridir.
Qərb özünün qaydalarını pozduğu oyunun məğlub tərəfinə çevrilib - illərdir təkqapı oynadığından öz qapısının olduğunu və ora da qollar vurula biləcəyinin fərqinə varmayıb.
İkili standartların hökmran olduğu birqütblü dünyada qarşı tərəfin də top ata bildiyini görüb komfortdan məhrumolma təhlükəsinin depressiyasını yaşayır.
Trampın izolyasionizmi bu diskomfortun aşkar göstəricisidir.