Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Ermənistana işğalçı deyə bilməyən Avropa Trampdan niyə inciyir?

Ermənistana işğalçı deyə bilməyən Avropa Trampdan niyə inciyir?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rüstəm Qaraxanlı yazır...

Qərbin düşünən beyinləri Ağ Evdə Trampla Zelenski arasında yaşanan gərginliyi ABŞ-nin yeni administrasiyası ilə Avropanın münasibətlərində fundamental ziddiyyətlərin göstəricisi kimi qiymətləndirirlər. "The Washington Post" mübahisə ilə nəticələnən fikir ayrılığını "Qərb həmrəyliyinin sonu" kimi təqdim etməkdən belə çəkinmir. Eyniməzmunlu rəylə bu gün Qərbin demək olar əksər nüfuzlu ekspertləri və təbliğat ruporları çıxış edirlər. Ancaq onların heç biri problemin məğzinə varmaq istəmirlər, yaxud vara bilmirlər və əslində, bununla da mövcud böhranı daha da dərinləşdirirlər: izlənənlər sadəcə ABŞ-Avropa, yaxud Vaşinqton-Kiyev qarşıdurması deyil, sistemli erroziyanın əlamətləridir.

Qərb özünün qaydalarını pozduğu oyunun məğlub tərəfinə çevrilib - illərdir təkqapı oynadığından öz qapısının olduğunu və ora da qollar vurula biləcəyinin fərqinə varmayıb. İkili standartların hökmran olduğu birqütblü dünyada qarşı tərəfin də top ata bildiyini görüb komfortdan məhrumolma təhlükəsinin depressiyasını yaşayır. Trampın izolyasionizmi bu diskomfortun aşkar göstəricisidir. Problem bundadır ki, indi XXI əsrdir və vaxtilə Monronun tətbiq etdiyi təcrid doktrinasının rəqəmsal yüzillikdə işləyəcəyini gözləmək qaranlıq otaqda pişik axtarmaqdan da darıxdırıcı məşğuliyyətdir.

Vaşinqtonun yeni administrasiyasının radikal dəyişikliklərə məruz qalmış xarici siyasət kursu kollektiv Qərbin içində boğulduğu ideoloji rəzalətdə sima qorumaq cəhdidir. Avropanın ərazicə ən böyük və sərvətlərinə görə zəngin potensiala malik ölkəsini "müttəfiqlik" adı altında vədlərlə şirnikləndirib, düşmənlə üz-üzə buraxıb aradan çıxmaq bugünkü Qərbin bacardığı yeganə "fərasət"dir. Vaşinqtonun yardım adı ilə ayırdığı çoxmilyardlıq tranşı indi nadir mineral elementlər şəklində geri qaytarmaq tələbi Ukrayna üçün soyuq duş ola bilər, ancaq bizlər üçün yenilik deyil. Son üç il Kiyev üçün Azərbaycan təcrübəsini öyrənmək baxımından yetərsiz müddət sayıla bilərdi, ancaq neft və qaz kimi milli sərvətlərimizi imperialist ekspansionizmə nəinki güzəştə getmədiyimizi, üstəlik, itirilmiş ərazimizi də geri qaytarmaq bacarığımızı izləməyə kifayət qədər zamanları var idi axı...

ABŞ-nin oyunu tərk etməsindən sonra Avropanın Rusiya ilə üz-üzə, tənha qaldığının qorxusunu çəkən qitə liderlərinin ürək döyüntüsü hətta uzaq Bakıda da hiss edilir. Qərbdəkilərin xəbis iç üzləri ilə qorxaq mahiyyətlərinə Azərbaycanda yaxşı bələddirlər. Məhz bu səbəbdən bizim heç vaxt üzdə Ermənistanla Azərbaycan arasında "=", arxada isə ">" işarələrini qoyan qərblilərə xüsusi etibarımız olmayıb.

Bu gün "qoca qitə"nin beynəlxalq strukturlarında, parlamentar institutlarında, televiziya ekranları və media səhifələrində illərdir bizə qarşı qılınc oynadan avroməmurlar 30 il sonra geri qayıdan bumeranqın zərbəsinə tuş gəlməmək üçün başlarının hayına qalıblar. Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsini işğal, beynəlxalq hüquq və normalara, sivil dünyaya meydan oxuma kimi dəyərləndirən kollektiv Qərb uzun illərdir Ermənistanın Azərbaycanın beşdəbirini qəsb etməsini görməzdən gəlib. Bu azmış kimi hədəfi status-kvonu mümkün qədər uzatmaq olan məramsız danışıqlarda işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyulub, genefondumuza susamış Ermənistanı altdan-altdan dəstəkləyiblər. İndi isə ABŞ liderinin Rusiyaya "işğalçı" deməkdən imtina etməsi avropalıları konfuz edir, bunun necə mümkün ola biləcəyini anlaya bilmirlər, hətta Münhen Təhlükəsizlik Konfransının gedişində belə göz yaşlarına hakim olmağı bacarmırlar.

2020-ci ilin Vətən müharibəsində 44 günə Azərbaycana ağ bayraq açan tək Ermənistan olmayıb. Həmin günlər konvulsiyalarda çırpınan Makronun simasında Qərbin müasir liberal-faşizmi də kapitulyasiya edib. Öz maraqlarına cavab verir deyə işğalı leqallaşdırmaq istəyən Qərbin bütün bunlara rəğmən rəzil siyasətini bu gün də sürməsi, "müşahidəçi" adı altında sərhədlərimizə doğru kəşfiyyatçılarını ezam etməsi Parisdə, Brüsseldə, Berlində oturanların, Vaşinqtonun köhnə administrasiyasının tarixdən dərs çıxara bilməmə keyfiyyətlərinin, daha doğrusu, keyfiyyət yoxluğunun sübutudur. Bu gün Trampın nədən Rusiyanı işğalda suçlamamasının səbəbi yaxın tarixdən nəticə çıxara bilməmək bacarıqsızlığıdır. Çirkli pulları yumaq üzrə illərlə təcrübə toplamış, terrora dəstək vermiş, işğalçı saydıqları dövlətin əsas oliqarxik sütunlarından olmuş, Ukrayna ərazisindəki rus separatizminə arxa durmuş Ruben Vardanyana "azadlıq" tələbi səslənən Qərb paytaxtlarında bunu niyə gözləmirdilər? Məramı adından bilinən, Qərb ikiüzlülüyünün klassik nümunəsi - "Transparency İnternational"ın Vardanyan avantürasına qoşulmaqdansa, təyinatı üzrə araşdırma aparması üçün yetərincə mövzu yoxdur? Niyə gedib ABŞ-nin Bayden administrasiyasının Ukraynaya sözdə 350 milyard dollar ayırdığını, ünvana isə 100 milyarddan bir qədər çox vəsaitin çatdığını araşdırmır? Bayden administrasiyası bu vəsaiti hara yönəldib ki, buna görə Ağ Evdə baş verən şou bütün dünyaya canlı yayımlanır?

"Game over", cənablar!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Mart 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see188

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see168

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see162

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see157

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see152

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri