Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Dünən Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük vaqonları yola salınıb.
1108 ton buğda və 273 ton arpa yüklənmiş 11 vaqon Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana göndərilmiş 47 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta Azərbaycan ərazisindən keçib.
Azərbaycandan isə Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
XQ