Ermənistana növbəti yük keçib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Dünən Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük vaqonları yola salınıb.
1108 ton buğda və 273 ton arpa yüklənmiş 11 vaqon Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana göndərilmiş 47 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta Azərbaycan ərazisindən keçib.
Azərbaycandan isə Ermənistana 15 min tonadək dizel yanacağı, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
XQ
Bu mövzuda digər xəbərlər:Azərbaycandan Ermənistana növbəti yük qatarı keçib
11 Sentyabr 2026 13:34
Ermənistana daşınan növbəti yük Azərbaycandan keçib │ FOTOLAR
28 İyun 2026 17:56
Ermənistana növbəti yük qatarı getdi
07 May 2026 10:03
Biləcəri stansiyasından Ermənistana növbəti yük göndərildi
29 May 2026 11:11
Azərbaycandan Ermənistana növbəti yük qatarı yola salınıb
24 Mart 2026 14:44
Baxış sayı:126
Bu xəbər 22 Avqust 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















