Ermənistanda hərbi xidmətə qış çağırışı başlayır

21.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda 25 noyabr 2024-cü ildən 31 yanvar 2025-ci il daxil olmaqla qış çağırışı elan ediləcək.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə qərar hökumətin noyabrın 21-də keçirilən iclasında qəbul edilib.

2024-cü il dekabrın 31-dək 18 yaşı tamam olan kişi cinsli vətəndaşlar, habelə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət müddəti 2024-cü il dekabrın 1-dək başa çatan vətəndaşlar orduya çağırılacaq.

Qış çağırışı çərçivəsində 2025-ci il yanvarın 9-dan 31-dək, o cümlədən müddətli həqiqi hərbi xidmət və ya alternativ xidməti keçmiş hərbi qulluqçular müəyyən olunmuş qaydada tərxis olunacaqlar.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью