Ermənistanda hərbi xidmətə qış çağırışı başlayır
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanda 25 noyabr 2024-cü ildən 31 yanvar 2025-ci il daxil olmaqla qış çağırışı elan ediləcək.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə qərar hökumətin noyabrın 21-də keçirilən iclasında qəbul edilib.
2024-cü il dekabrın 31-dək 18 yaşı tamam olan kişi cinsli vətəndaşlar, habelə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət müddəti 2024-cü il dekabrın 1-dək başa çatan vətəndaşlar orduya çağırılacaq.
Qış çağırışı çərçivəsində 2025-ci il yanvarın 9-dan 31-dək, o cümlədən müddətli həqiqi hərbi xidmət və ya alternativ xidməti keçmiş hərbi qulluqçular müəyyən olunmuş qaydada tərxis olunacaqlar.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 21 Noyabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















