Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir. Kilsəyə qarşı yeni “əməliyyat”...
Ermənistanda yeni siyasi böhran baş verməkdədir. Parlament seçkilərinə aylar qalmış baş verən hadisələr prosesin qızğın keçəcəyindən xəbər v
Belə ki, müxalifətlə iqtidar arasında baş verən toqquşmalar hətta siyasi qarşıdurmalar səviyyəsinə yüksəlib.
Hakimiyyət əlində olan resursları rəqiblərə qarşı təzyiq vasitəsinə çevirmək həvəsində, müxalifət isə parçalanmış halda fərqli “çətirlər” axtarışındadır.
Bu düşərgənin təmsilçilərinin seçki hazırlıqlarını bağlı olduqları xarici dairələrdən aldıqları sifarişlərə uyğun qurmağa çalışması ilk baxışdan bəlli olur.
Potensial rəqiblərin həbslər vasitəsilə neytrallaşdırılması Baş nazir Nikol Paşinyanın ətrafında cəmləşən koalisiya 2026-cı il parlament seçkilərində mütləq qələbəni təmin etməyin yolunu rəqib sayılan siyasi fiqurları bəri başdan neytrallaşdırmaqda görür.
Yəni elə bir ssenari hazırlanıb ki, seçkilər ərəfəsində Nikol Paşinyan və onun komandası Ermənistan cəmiyyətinin favoritinə çevrilsin.
Aparılan təbliğat, o cümlədən də Koçaryan, Sarkisyan, Petrosyan, Karapetyan kimi rəqiblərin cinayət dosyeləri ətrafında geniş ictimai müzakirələrin davamlı olaraq gündəmdə saxlanılması, adları çəkilənlərin Ermənistan cəmiyyətində onsuz da arzuolunmaz obrazlarını daha da qatılaşdırır.