Icma.az
close
up
RU
Ermənistanda kütləvi həbslər

Ermənistanda kütləvi həbslər

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kilsəyə qarşı yeni “əməliyyat”...

Ermənistanda yeni siyasi böhran baş verməkdədir. Parlament seçkilərinə aylar qalmış baş verən hadisələr prosesin qızğın keçəcəyindən xəbər verir. Belə ki, müxalifətlə iqtidar arasında baş verən toqquşmalar hətta siyasi qarşıdurmalar səviyyəsinə yüksəlib. Hakimiyyət əlində olan resursları rəqiblərə qarşı təzyiq vasitəsinə çevirmək həvəsində, müxalifət isə parçalanmış halda fərqli “çətirlər” axtarışındadır. Bu düşərgənin təmsilçilərinin seçki hazırlıqlarını bağlı olduqları xarici dairələrdən aldıqları sifarişlərə uyğun qurmağa çalışması ilk baxışdan bəlli olur.

Potensial rəqiblərin həbslər vasitəsilə neytrallaşdırılması

Baş nazir Nikol Paşinyanın ətrafında cəmləşən koalisiya 2026-cı il parlament seçkilərində mütləq qələbəni təmin etməyin yolunu rəqib sayılan siyasi fiqurları bəri başdan neytrallaşdırmaqda görür. Yəni elə bir ssenari hazırlanıb ki, seçkilər ərəfəsində Nikol Paşinyan və onun komandası Ermənistan cəmiyyətinin favoritinə çevrilsin. Aparılan təbliğat, o cümlədən də Koçaryan, Sarkisyan, Petrosyan,  Karapetyan kimi rəqiblərin cinayət dosyeləri ətrafında geniş ictimai müzakirələrin davamlı olaraq gündəmdə saxlanılması, adları çəkilənlərin Ermənistan cəmiyyətində onsuz da arzuolunmaz obrazlarını daha da qatılaşdırır. 44 günlük müharibədən sonra sabiq liderlər aktivləşərək məğlubiyyətin bütün günahlarını N.Paşinyanın ayağına yazmağa çalışsalar da, buna nail ola bilmədilər - hakim komanda israrla bildirirdi ki, Ermənistanı məğlubiyyətə aparan yol sabiqlər dönəmindən başlayıb. Məhz sabiqlər hakimiyyətlərinin ömrünü uzatmaq, varlanmaq məqsədilə Qarabağ kartından istifadə ediblər, cəmiyyəti aldadıblar. N.Paşinyanın arqumentləri son parlament seçkilərində işə yaradı - müharibədən məğlub çıxan hakim komanda seçkilərin qalibi oldu. Seçkilərin nəticələri həm də Ermənistan cəmiyyətinin çarəsizliyinin əlaməti idi. Seçicilərin sabiq liderlərə nifrəti başadüşülən idi, ancaq onların seçim alternativləri də yox idi. Belə görünür ki, hakim komanda eyni ssenarini 2026-cı il seçkilərində də təkrarlana bilər.

Qukasyanın həbsi...

Ermənistanda son baş verən həbslər isə vəziyyəti daha da dramatikləşdirir. Son həbslərdən biri Ermənistanın ikinci ən böyük şəhəri sayılan Gümrüdə bu günlərdə reallaşdırılıb. Belə ki, Gümrünün meri Vardan Qukasyan və şəhər meriyasının 7 əməkdaşı Antikorrupsiya Komitəsində aparılan cinayət işi çərçivəsində saxlanılıblar. Milli Təhlükəsizlik Xidmətinin və Ermənistan Baş Prokurorluğunun İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Gümrü meri və şəhərin baş memarı ilə bağlı rüşvət faktları üzrə cinayət işləri başlanıb.

Xatırlatmaq istərdik ki, 2025-ci ilin aprelində keçirilən yerli seçkilərdə hakim komanda Gümrüdə məğlubiyyətlə üzləşmişdi və Vardan Qukasyan şəhərin meri seçilmişdi. O, hazırkı hakimiyyətə qarşı müxalif mövqeyi ilə tanınır və Baş nazir Nikol Paşinyan hökumətini ölkəni “Türkiyənin vilayətinə” çevirməyə çalışmaqda ittiham edib.

Gümrü merinin həbsi Ermənistanda geniş rezonans doğurmadı, yalnız şəhərin özündə azsaylı etiraz aksiyası baş tutdu. Gümrü meriyası yaxınlığında keçirilən etiraz aksiyasından sonra 33 nəfər saxlanılıb. İstintaq Komitəsindən bildirilib ki, onlar kütləvi iğtişaşlar törətmə işi çərçivəsində saxlanılıblar.

Kilsə mifi dağılır

Ermənistanda həm siyasi sabitliyə, həm də ümumi inkişafa, ölkənin regionda normal münasibətlər quran dövlətə çevrilməsində ən böyük təhdid kimi xarakterizə olunan kilsə isə “sakitləşmək” fikrində deyil. Kilsə illərlə Ermənistan cəmiyyətinə təlqin etdiyi xəstə ideologiyanın pərdəsi altında yeni təbliğat işi qurmağa çalışır. N.Paşinyan da anlayır ki, kilsə qarşıdan gələn seçkilərə də nüfuz edə bilər. Buna görə də Baş nazir artıq xeyli müddətdir ki, Ermənistan cəmiyyətinə hakim kəsilmiş kilsə miflərini darmadağın etməklə məşğuldur və müəyyən qədər də istəyinə nail olub. Xatırladaq ki, bundan əvvəl N.Paşinyan katolikos II Qaregini kilsə andını pozmasına görə ittiham edib. İndiyədək kilsə Ermənistan cəmiyyətində müqəddəs və toxunulmaz sayılırdı. Baş keşişin kilsə andını pozması ittihamları bütün Ermənistan cəmiyyəti və milli-mənəvi dəyərləri üçün böyük təhqir anlamında qəbul olundu. Bu, kilsə mifinin puç olması deməkdir.

N.Paşinyan kilsəyə vurduğu ideoloji zərbənin davamını keşişlərin həbsə alınması ilə gətirib. Bir neçə gün bundan əvvəl Ermənistanda 5 yüksək vəzifəli keşiş İstintaq İdarəsinə çağırılıb. “Müqəddəs Eçmiədzin” monastır kompleksinin məlumatına əsasən, onların arasında katolikos II Qareginin qardaşı oğlu, yepiskop Mkrtıç Proşyan da var. Bildirilib ki, Mkrtıç Proşyanla yanaşı, 12 keşiş və yeparxiyanın mühasibi, xəzinədarı və referentin də yaşadığı mənzildə axtarış aparılıb. Proşyan da daxil olmaqla 6 keşiş barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Yepiskopa qarşı Cinayət Məcəlləsinin “seçki hüququnun həyata keçirilməsinə və seçki komissiyalarının işinə maneçilik” və “mitinq keçirilməsinə və ya mitinqdə iştirak etməyə maneçilik, həmçinin iştirak, yaxud imtina üçün maddi həvəsləndirmə” maddələri üzrə ittiham irəli sürülüb.

Kilsə təmsilçilərinin kütləvi şəkildə həbsinə hakim komandanın rəqiblərindən  reaksiyalar özünü çox gözlətməyib. Keçmiş ombudsman və “Birlik qanadları” təşəbbüsünün rəhbəri Arman Tatoyan baş verənləri Nikol Paşinyanın kilsəyə qarşı siyasi kampaniyasının bir hissəsi adlandırıb: “O, məhkəmə, prokuror, müstəntiq və əməliyyat işçisi funksiyalarını öz üzərinə götürüb. Kilsə ilə siyasi hesablaşma ssenarisini əvvəlcə onu nüfuzdan salan hakimiyyət, indi təbliğatı konkret hərəkətlərlə həyata keçirməyə başlayıb”, - deyə keçmiş ombudsman bildirib.

Hökumət başçısı Nikol Paşinyan isə kilsəyə qarşı hücumlar barədə ittihamları rədd edərək deyib ki, kilsə və yepiskop eyni şey deyil. “Erməni Apostol Kilsəsinin tarixində yepiskopların cinayət təqibi halları olsa da, kilsə fəaliyyət göstərməyə davam edib. Hüquq-mühafizə orqanlarının əməliyyatları xarici bəyanatlarla əlaqəsi olmayan müstəqil istintaq tədbirləridir”, - deyə Baş nazir mövqeyini qəti şəkildə bildirib. Bəyan olunan ittihamlardan aydın şəkildə görünür ki, hakimiyyətin kilsəyə qarşı hücumları da seçki hazırlıqlarının tərkib hissəsindən başqa bir şey deyil...

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Oktyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see269

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see261

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see242

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see231

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see226

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see212

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see208

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see196

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see189

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see179

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see168

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see167

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see166

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see161

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see157

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see155

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri