Ermənistanda qaz bahalaşır?

02.11.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ermənistanda təbii qazın qiymətlərinin 2027-ci il yanvarın 1-dən etibarən artması ehtimalı azdır".

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın maliyyə naziri Vahe Hovannisyan dövlət büdcəsi layihəsinin parlament müzakirəsi zamanı belə deyib.

Onun sözlərinə görə, qiymət artımının mümkünlüyü ilə bağlı hələlik yeni məlumat yoxdur.

“Bilmirəm niyə qazın qiyməti barədə bu qədər həvəslə danışırsınız. Əvvəla, hələlik onun artırılması ilə bağlı heç bir xəbər yoxdur. Xatırlatmaq istərdim ki, keçən il qazın qiymətinin mümkün artımı ilə bağlı oxşar şayiələr yayılmışdı”, - deyə Hovannisyan bildirib.

Nazir insanları mümkün qiymətin artımına apokaliptik baxış bucağından baxmamağa çağırdı. O, bunun nəticələrinin sual verənlərin dediyi qədər fəlakətli olmayacağını təxmin edib.

Hovannisyan,  həmçinin əlavə edib ki, hökumətin mümkün iqtisadi şoklara cavab vermək üçün ehtiyat fondları və digər maliyyə mexanizmləri var.

Müşfiq Abdulla  
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью