Ermənistanda qaz bahalaşır?
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Ermənistanda təbii qazın qiymətlərinin 2027-ci il yanvarın 1-dən etibarən artması ehtimalı azdır".
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın maliyyə naziri Vahe Hovannisyan dövlət büdcəsi layihəsinin parlament müzakirəsi zamanı belə deyib.
Onun sözlərinə görə, qiymət artımının mümkünlüyü ilə bağlı hələlik yeni məlumat yoxdur.
“Bilmirəm niyə qazın qiyməti barədə bu qədər həvəslə danışırsınız. Əvvəla, hələlik onun artırılması ilə bağlı heç bir xəbər yoxdur. Xatırlatmaq istərdim ki, keçən il qazın qiymətinin mümkün artımı ilə bağlı oxşar şayiələr yayılmışdı”, - deyə Hovannisyan bildirib.
Nazir insanları mümkün qiymətin artımına apokaliptik baxış bucağından baxmamağa çağırdı. O, bunun nəticələrinin sual verənlərin dediyi qədər fəlakətli olmayacağını təxmin edib.
Hovannisyan, həmçinin əlavə edib ki, hökumətin mümkün iqtisadi şoklara cavab vermək üçün ehtiyat fondları və digər maliyyə mexanizmləri var.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:50
Bu xəbər 02 Noyabr 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















