Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır. Bu, bir qədər qəribə sənəddir.
Adətən hər hansı administrasiya öz səlahiyyət müddətinin sonuna bir həftə qalmış mühüm siyasi sənədlərin qəbulundan çəkinir.
Bu sözləri Axar.az-a keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişdən danışarkən deyib.
Onun sözlərinə görə, bu sənədin qəbulu ermənilər üçün problem yarada bilər: “Görünən odur ki, demokratlar administrasiyası erməni lobbisinin təsiri altında bu sənədi qəbul edib.
Daha dəqiq desək, Bayden administrasiyasına bu sənədin qəbul edilməsi üçün təzyiq göstərilib.
Bu da erməni lobbisinin Tramp administrasiyasının belə bir sənədə razılıq verməyəcəyindən narahat olduğunu göstərir.
Bunun erməni tərəfi üçün problemlər yaradacağı ehtimal olunur, çünki belə bir addımın atılması Tramp administrasiyası tərəfindən xoş qarşılanmaya bilər.
Üstəlik, sənədin real icra mexanizmləri və göstəriciləri sual altındadır”.