Icma.az
close
up
RU
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək?

Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək?

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Bu, bir qədər qəribə sənəddir. Adətən hər hansı administrasiya öz səlahiyyət müddətinin sonuna bir həftə qalmış mühüm siyasi sənədlərin qəbulundan çəkinir.

Bu sözləri Axar.az-a keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında sazişdən danışarkən deyib.

Onun sözlərinə görə, bu sənədin qəbulu ermənilər üçün problem yarada bilər:

“Görünən odur ki, demokratlar administrasiyası erməni lobbisinin təsiri altında bu sənədi qəbul edib. Daha dəqiq desək, Bayden administrasiyasına bu sənədin qəbul edilməsi üçün təzyiq göstərilib. Bu da erməni lobbisinin Tramp administrasiyasının belə bir sənədə razılıq verməyəcəyindən narahat olduğunu göstərir. Bunun erməni tərəfi üçün problemlər yaradacağı ehtimal olunur, çünki belə bir addımın atılması Tramp administrasiyası tərəfindən xoş qarşılanmaya bilər. Üstəlik, sənədin real icra mexanizmləri və göstəriciləri sual altındadır”.

Politoloq ABŞ-dan Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndəriləcəyi ilə bağlı məsələyə də münasibət bildirib:

“ABŞ müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq edib. Xüsusilə Xəzəryanı ölkələrlə sərhədlərin müasir avadanlıqlarla təmin edilməsi layihələrində Azərbaycanla uzunmüddətli əməkdaşlıq mövcuddur. Uzun illər Ermənistan belə əməkdaşlıqdan məhrum olub. Bunun səbəbi Ermənistanın KTMT-yə üzv olması və Rusiyanın hərbi müttəfiqi sayılmasıdır. Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik və müştərək hərbi birləşmələr barədə sənədlər mövcuddur. Bundan əlavə, onların hava müdafiəsi sistemi də Moskvadan idarə olunur. İndi isə Bayden administrasiyası Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq qurmaq niyyətindədir. Ancaq bu əməkdaşlığın reallaşması çətin görünür. Çünki Ermənistanın təhlükəsizlik və hərbi infrastrukturu Rusiya ilə sıx bağlıdır”.

Tofiq Zülfüqarov qeyd edib ki, Azərbaycan və ABŞ arasında buna bənzər əməkdaşlıq illər öncədən mövcuddur:

“ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində uzun müddətdir davam edən əməkdaşlıq mövcuddur. Hər il iki ölkə arasında təhlükəsizlik dialoqu keçirilir və sərhəd təhlükəsizliyi sahəsində birgə layihələr icra olunur. Azərbaycan bu sahədə ABŞ-dan maliyyə dəstəyi alıb. Erməni tərəfi həmişə bu əməkdaşlığa qarşı çıxıb və onu tənqid edib. Bayden administrasiyası dövründə bu əməkdaşlığa əvvəlki kimi önəm verilməsə də, Tramp administrasiyası və onun siyasəti ABŞ-ın milli maraqlarına uyğun olaraq bu əlaqələri bərpa edə bilər. Çünki ABŞ-ın milli maraqları Mərkəzi Asiya ilə geniş siyasi əlaqələri ehtiva edir və bu əlaqələrin icrası Azərbaycansız mümkün deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Yanvar 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri