Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tramp administrasiyası “qaranlıq fəaliyyətləri” ləğv edir Ötən ayın sonunda ABŞ Prezidenti Donald Trampın Dövlət Departamentinin işçilərinin və ölkəsinin diplomatik nümayəndəliklərinin sayını kəskin şəkildə azaltmağı, həmçinin xarici siyasət idarəsinin səlahiyyətlər dairəsini daraltmağı planlaşdırması ilə bağlı xəbər yayıldı.
Qeyd edək ki, “Politico”nun yaydığı xəbərdə Tramp Administrasiyasının, həmçinin demokratiyanın təşviqi, insan haqlarının müdafiəsi və elmi-tədqiqatların dəstəklənməsi üçün cavabdeh olan departamentlərin ixtisar edilməsini, yaxud ləğv edilməsini nəzərdə tutduğu bildirilirdi.
Qəzetin məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio Amerika diplomatik nümayəndəliklərinin əhəmiyyətli sayda ixtisar edilməsinə razıdır.
“Bu dəyişikliklər Dövlət Departamentində tarixi yenidənqurma ilə nəticələnəcək”, - deyə bildirilib.
Bu tədbirlərin ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) və onun işinə nəzarət edən sahibkar İlon Maskın təsiri ilə hazırlandığı da vurğulanıb.
Dövlət Departamentində və diplomatik korpuslarda ixtisarlar Qeyd edək ki, Trampın Dövlət Departamentinin tərkibində “ixtisar” aparması prosesi müəyyən müddətdir ki, artıq davam edir.
ABŞ Prezidenti Donald Trampın təyin etdiyi Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərliyi birinci mərhələdə qurumun 2 min əməkdaşının işdən çıxarılması ilə bağlı elektron məktublar göndərmişdi - “The New York Times” qəzeti yazmışdı ki, minə qədər agentlik əməkdaşı məzuniyyətə buraxılıb.