Icma.az
close
up
RU
Ermənistandakı diplomatik “şeytan yuvası”na “əl gəzdiriləcək”

Ermənistandakı diplomatik “şeytan yuvası”na “əl gəzdiriləcək”

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tramp administrasiyası “qaranlıq fəaliyyətləri” ləğv edir

Ötən ayın sonunda ABŞ Prezidenti Donald Trampın Dövlət Departamentinin işçilərinin və ölkəsinin diplomatik nümayəndəliklərinin sayını kəskin şəkildə azaltmağı, həmçinin xarici siyasət idarəsinin səlahiyyətlər dairəsini daraltmağı planlaşdırması ilə bağlı xəbər yayıldı. Qeyd edək ki, “Politico”nun yaydığı xəbərdə Tramp Administrasiyasının, həmçinin demokratiyanın təşviqi, insan haqlarının müdafiəsi və elmi-tədqiqatların dəstəklənməsi üçün cavabdeh olan departamentlərin ixtisar edilməsini, yaxud ləğv edilməsini nəzərdə tutduğu bildirilirdi.  Qəzetin məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio Amerika diplomatik nümayəndəliklərinin əhəmiyyətli sayda ixtisar edilməsinə razıdır. “Bu dəyişikliklər Dövlət Departamentində tarixi yenidənqurma ilə nəticələnəcək”, - deyə bildirilib. Bu tədbirlərin ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) və onun işinə nəzarət edən sahibkar İlon Maskın təsiri ilə hazırlandığı da vurğulanıb.

Dövlət Departamentində və diplomatik korpuslarda ixtisarlar

Qeyd edək ki, Trampın Dövlət Departamentinin tərkibində “ixtisar” aparması prosesi müəyyən müddətdir ki, artıq davam edir. ABŞ Prezidenti Donald Trampın təyin etdiyi Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərliyi birinci mərhələdə qurumun 2 min əməkdaşının işdən çıxarılması ilə bağlı elektron məktublar göndərmişdi - “The New York Times” qəzeti yazmışdı ki, minə qədər agentlik əməkdaşı məzuniyyətə buraxılıb. Qərar Trampın hökumət xərclərini azaltmaq üçün apardığı genişmiqyaslı kampaniyanın bir hissəsidir. O, Ağ Evə qayıtdıqdan sonra, xarici yardımlar 90 gün ərzində donduruldu. Paralel olaraq Ağ Ev USAID-in dünya üzrə 10 mindən çox əməkdaşının 97 faizini işdən çıxaracağını bəyan etdi. İşini itirməyən yalnız 294 mütəxəssis olacaq.

Vurğulandığı kimi, proses artıq davam edir və gələn xəbərlərdə ABŞ hökumətinin işdən çıxarılan bir çox əməkdaşının BMT-nin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına (UNHRC) uz tutduğu bəlli olub. Bu da təsadüfi deyil. Tramp ötən ay ölkəsinin BMT-nin İnsan Hüquqları Şurasından və BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) çıxması barədə icra fərmanı imzalayıb.

Eyni aqibət gözləyir...

Təbii ki, prosesin digər ölkələrdə yerləşən və heç bir işə yaramayan, əksinə, vaxtilə Bayden administrasiyasının apardığı uğursuz siyasətin “dəyənəyi” kimi nəzərdə tutulan diplomatik korpuslara da çatacağı gözləniləndir. Nəzərə alsaq ki, Tramp hakimiyyəti ölkənin xərclərini maksimum məhdudlaşdırmağa çalışır, onda ilk “hədəf” ABŞ-ın Ermənistandakı səfirliyi olacaq. Çünki ABŞ-ın regionda 2 minlik kontingentdən ibarət ən böyük səfirliyi məhz Ermənistanda yerləşir. Hər zaman Ermənistanın “siyasi vaciblik indeksi”nin hansı dərəcədə olduğu müəəmması sual doğurub - ABŞ kimi bir siyasi güc Cənubi Qafqazda məhz Ermənistanı niyə özünün “diplomatik səngəri”nə çevirib?

Təbii ki, bunun USAID ilə birbaşa əlaqəsi var. Bayden hakimiyyəti özünün USAID-in əli ilə reallaşdırdığı və birbaşa ABŞ-ın milli maraqlarına zidd olan planlarını bu kimi diplomatik korpusların əməkdaşlarının əli ilə icra edirdi. Regionlarda qeyri-stabilliyin formalaşdırılması, kəşfiyyat fəaliyyətinin aparılması, dövlətlərin daxili işlərinə “əl uzadılması” kimi işlər bu kimi səfirliklər üzərindən aparılırdı. Bu mənada, Bayden hakimiyyətinin “diplomatik şeytan yuvasına” çevrilmiş ABŞ-ın İrəvandakı səfirliyini də eyni aqibət gözləyir...

PƏRVİZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Mart 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri