Ermənistandakı “Rus evi” də bağlanacaqmı? İrəvan seçim qarşısında | Icma.az
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində Qərb təşkilatlarının fəaliyyətinə geniş imkanlar yaratsa da, Rusiyanın mərkəz və media resurslarının İrəvandakı fəaliyyətlərini hələ ki, əngəlləmir.
Əksinə, İrəvandakı “Rus evi” son vaxtlar fəaliyyətini genişləndirib, Ermənistandakı məktəb və universitetlərinə rus dilində dərsliklər paylayır, şagirdlərin Rusiyanın Gümrüdəki hərbi bazasına tanışlıq səfərləri təşkil edir.
İrəvandakı “Rus evi” Ermənistan Elmlər Akademiyasının elmi mərkəzi ilə əməkdaşlıq əlaqələri də qurub.
Müqavilə birgə tədqiqat layihələrini, konfrans və seminarların təşkilini nəzərdə tutur.
News24.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, bu, İrəvandakı “Rus evi”nin fəaliyyətinin görünən tərəfidir.
"Bakıda fəaliyyəti dayandırılan “Rus evi” kimi İrəvandakı “Rus evi” də Ukrayna əleyhinə sərgilər keçirib, Donbas separatçılarının “qəhrəmanlıqları” barədə mətnlər yayıb.
Tam oxu
Xəbəri oxu