Icma.az
close
up
RU
Ermənistandakı “Rus evi” də bağlanacaqmı? İrəvan seçim qarşısında

Ermənistandakı “Rus evi” də bağlanacaqmı? İrəvan seçim qarşısında

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində Qərb təşkilatlarının fəaliyyətinə geniş imkanlar yaratsa da, Rusiyanın mərkəz və media resurslarının İrəvandakı fəaliyyətlərini hələ ki, əngəlləmir. Əksinə, İrəvandakı “Rus evi” son vaxtlar fəaliyyətini genişləndirib, Ermənistandakı məktəb və universitetlərinə rus dilində dərsliklər paylayır, şagirdlərin Rusiyanın Gümrüdəki hərbi bazasına tanışlıq səfərləri təşkil edir. İrəvandakı “Rus evi” Ermənistan Elmlər Akademiyasının elmi mərkəzi ilə əməkdaşlıq əlaqələri də qurub. Müqavilə birgə tədqiqat layihələrini, konfrans və seminarların təşkilini nəzərdə tutur. 

News24.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib. 

Onun sözlərinə görə, bu, İrəvandakı “Rus evi”nin fəaliyyətinin görünən tərəfidir. 

"Bakıda fəaliyyəti dayandırılan “Rus evi” kimi İrəvandakı “Rus evi” də Ukrayna əleyhinə sərgilər keçirib, Donbas separatçılarının “qəhrəmanlıqları” barədə mətnlər yayıb. Ümumiyyətlə, “Rus evləri” Moskvadan idarə olunduğuna görə, bu mərkəzlərin hər birinə eyni təlimatlar göndərilir. İrəvandakı “Rus evi”nin daha bir fəaliyyət istiqaməti var", - deyə o əlavə edib. 

E.Şahinoğlu vurğulayıb ki, bu mərkəz İrəvandakı Qərb mərkəzləri ilə açıq və gizli mübarizə aparır. 

"İrəvandakı “Rus evi”nin rəhbəri Vadim Fefilov bunu heç gizlətmir də. O, müsahibələrinin birində “kollektiv Qərbin” İrəvanda xeyli mərkəzinin fəaliyyətindən bu şəkildə şikayət edib: “Qərb ölkələrinin səfirlikləri İrəvandakı mərkəzləri idarə edirlər (guya İrəvandakı “Rus evi” Rusiya səfirliyindən təlimat almır). Qərb mərkəzlərinin fəaliyyəti erməni identikliyinə qarşıdır”. Bu sözlər açıq-aşkar Ermənistan hökumətinə qarşıdır. Çünki, Qərb mərkəzlərinin fəaliyyətinə Ermənistan hökuməti şərait yaradıb. “Sputnik Ermənistan” agentliyinin də fəaliyyəti bu istiqamətdədir. “Sputnik Ermənistan” agentliyi həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti əleyhinə fəaliyyət göstərir, Paşinyana müxalif olan radikal qüvvələrə və Qarabağ separatçılarına informasiya dəstəyi verir". 

Siyasi şərhçi bildirib ki, Nikol Paşinyan Bakıda “Rus evi”nin bağlanması və “Sputnik Azərbaycan” agentliyinin fəaliyyətinin məhdudlaşdırılması qarşılığında iki yoldan birini seçə bilər. 

"Birinci yol Azərbaycan kimi Ermənistanda da “Rus evi” və “Sputnik Ermənistan”ın fəaliyyətlərinin məhdudlaşdırılmasıdır. Bunun üçün Paşinyanın tam əsası var, hər iki qurum Ermənistan hakimiyyətinin əleyhinə çalışır. Paşinyan bu yolu seçməklə Rusiyanın Cənubi Qafqazda nüfuz imkanlarını daha bir az məhdudlaşdırmış olacaq. 

İkinci yol, əksinə, Rusiyanın adı çəkilən iki mərkəzinin fəaliyyətini davam etdirmələrinə şəraitin yaradılmasıdır. Bu halda, İrəvan Bakı ilə müqayisədə Rusiyaya yaxın görünmək istəyəcək. Ancaq bu yolun Paşinyan və onun komandası üçün faydası yoxdur. Çünki Kreml “Rus evləri” və “Sputnikləri” vasitəsilə Rusiyanın imperiya maraqlarını gücləndirməyə çalışır. Paşinyan isə Rusiyanın zəncirlərindən qopmayınca ölkəsinin müstəqilliyini təmin edə bilməyəcək", - deyə o, fikirlərini yekunlaşdırıb.

Aynurə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:283
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Fevral 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri