Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Nikol Paşinyan sırf siyasətçidir.
Onu siyasətdən, tutduğu vəzifədən başqa heç nə maraqlandırmır. Onlar üçün əsas tutduğu vəzifə və hakimiyyətləridir.
Bu baxımdan Paşinyan standart, nümunəvi siyasətçidir". Bu fikirləri Redaktor.az-a politoloq Zərdüşt Əlizadə Ermənistanın Baş naziri Nikol Pa
"Ermənistan məğlub olub, Qarabağı itirdikdən sonra vəziyyət dəyişdi. Hakimiyyətdə qalmaq üçün ona ancaq sülhdən danışmaq lazımdır.
Bir ildən sonra Paşinyanı parlament seçkiləri gözləyir. Parlament seçkilərinə o nə ilə gedəcək?
Seçiciyə nə göstərməlidir ki, ona səs versinlər? Təbii ki, onun Köçəryan, Sarkisyan kimi rəqibləri var. Paşinyan xalqına nə deməlidir?
Deməlidirmi ki, mən müharibəni başladım, Qarabağı itirdim, Ermənistan nağıllarını dağıtdım? Bunları desə, ona səs verərlər? Yox.
O, seçiciyə müsbət nəsə göstərməlidir ki, bu mənim nailiyyətimdir. Onun nailiyyəti nə ola bilər?