Icma.az
close
up
RU
Ermənistandan Azərbaycana təhlükə yoxdur, çünki ordusu darmadağın olub

Ermənistandan Azərbaycana təhlükə yoxdur, çünki ordusu darmadağın olub

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Nikol Paşinyan sırf siyasətçidir. Onu siyasətdən, tutduğu vəzifədən başqa heç nə maraqlandırmır. Onlar üçün əsas tutduğu vəzifə və hakimiyyətləridir. Bu baxımdan Paşinyan standart, nümunəvi siyasətçidir".

Bu fikirləri Redaktor.az-a politoloq Zərdüşt Əlizadə Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları ilə bağlı verdiyi açıqlamalardan danışarkən bildirdi.

"Ermənistan məğlub olub, Qarabağı itirdikdən sonra vəziyyət dəyişdi. Hakimiyyətdə qalmaq üçün ona ancaq sülhdən danışmaq lazımdır. Bir ildən sonra Paşinyanı parlament seçkiləri gözləyir. Parlament seçkilərinə o nə ilə gedəcək? Seçiciyə nə göstərməlidir ki, ona səs versinlər? Təbii ki, onun Köçəryan, Sarkisyan kimi rəqibləri var. Paşinyan xalqına nə deməlidir? Deməlidirmi ki, mən müharibəni başladım, Qarabağı itirdim, Ermənistan nağıllarını dağıtdım? Bunları desə, ona səs verərlər? Yox. O, seçiciyə müsbət nəsə göstərməlidir ki, bu mənim nailiyyətimdir. Onun nailiyyəti nə ola bilər? O deyə bilər ki, “ey sevimli xalqım, əvvəlki rəhbərlər sənə nağıllar danışıb, səni müharibəyə aparırdılar, mən isə qanlı müharibədən sonra sənə sülh və qonşularla sabit, möhkəm münasibətlər vəd verirəm”. Bunun üçünsə ona Azərbaycan Respublikası ilə sülh bağlamaq lazımdır".

Politoloq qeyd etdi ki, Ermənistan Azərbaycanla sülh bağlandıqdan sonra Türkiyə ilə sülh bağlanacaq, sərhədlər açılacaq, Cənubi Qafqazda əmin-amanlıq səviyyəsi artacaq:

"Gürcüstan, Ermənistan, Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq başlayacaq, müharibə təhlükəsi aradan qalxacaq. Ona lazımdır ki, Azərbaycan rəhbəri onunla sülh bağlasın. Azərbaycan rəhbəri isə istədiyi hər şeyi edib. Deyib ki, "ərazi bütövlüyünü tanı”, tanıyıb. “Qarabağ Azərbaycandır” deyib, Paşinyan da təsdiqləyib ki, Qarabağ Azərbaycandır" - deyən Z.Əlizadə bildirdi ki, Ermənistandan Azərbaycana təhlükə yoxdur, çünki Ermənistan ordusu darmadağın olub.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 May 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see284

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see244

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see172

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see154

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see138

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see127

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see126

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see125

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri