Ermənistanı silahlandıran Hindistanın Qoşulmama Hərəkatında nə işi var? ANALİZ | Icma.az
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hindistan Ermənistana raket qurğuları- “Pinaka” yaylım atəşi sistemi və “Akash” adlı radarlarla təchiz olunmuş Yer-Hava silahları göndərib.
Hindistanın bu addımı Cənubi Qafqazda hərbi balansı dəyişdirmək cəhdi kimi rəsmi Bakının haqlı narazılığına səbəb olmaqla yanaşı, beynəlxalq münasibətlərdə də yeni neqativ dinamika kimi çıxış edir.
Odur ki, Hindistanın bu qərarının səbəbləri və mümkün nəticələri diqqətlə təhlil edilməlidir.Hindistanın Ermənistana hərbi dəstəyi bir neçə əsas motivasiya ilə izah edilə bilər.
İlk növbədə yadda saxlamaq vacibdir ki, Hindistan beynəlxalq münasibətlərdə “böyük dövlət” olmaq arzusu ilə hərəkət edir.
Coğrafi və demoqrafik şərtləri bir kənara qoysaq, bu iddia Hindistanın potensialı ilə o qədər də üst-üstə düşmür.
Bununla belə, Ermənistana silah satmaqla Hindistan Cənubi Qafqaz regionunda yeni akter olduğunu, strateji baxımdan dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı artıq rəsmi bəyanatlara mövzu olan Ermənistana qahmar çıxmaqla regional güclərlə rəqabətə girdiyini nümayiş etdirməyə çalışır.
Görünür, bu bölgəyə təsir göstərmək Hindistanın qlobal miqyasda mövqelərini gücləndirmək planlarının bir hissəsi, Ermənistana silah tədarükü isə bu strategiyanı həyata keçirmək üçün bir vasitədir.
Tam oxu
Xəbəri oxu