Icma.az
close
up
RU
Ermənistanı silahlandıran Hindistanın Qoşulmama Hərəkatında nə işi var? ANALİZ

Ermənistanı silahlandıran Hindistanın Qoşulmama Hərəkatında nə işi var? ANALİZ

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hindistan Ermənistana raket qurğuları- “Pinaka” yaylım atəşi sistemi və “Akash” adlı radarlarla təchiz olunmuş Yer-Hava silahları göndərib. Hindistanın bu addımı Cənubi Qafqazda hərbi balansı dəyişdirmək cəhdi kimi rəsmi Bakının haqlı narazılığına səbəb olmaqla yanaşı, beynəlxalq münasibətlərdə də yeni neqativ dinamika kimi çıxış edir. Odur ki, Hindistanın bu qərarının səbəbləri və mümkün nəticələri diqqətlə təhlil edilməlidir.
Hindistanın Ermənistana hərbi dəstəyi bir neçə əsas motivasiya ilə izah edilə bilər. İlk növbədə yadda saxlamaq vacibdir ki, Hindistan beynəlxalq münasibətlərdə “böyük dövlət” olmaq arzusu ilə hərəkət edir. Coğrafi və demoqrafik şərtləri bir kənara qoysaq, bu iddia Hindistanın potensialı ilə o qədər də üst-üstə düşmür. Bununla belə, Ermənistana silah satmaqla Hindistan Cənubi Qafqaz regionunda yeni akter olduğunu, strateji baxımdan dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı artıq rəsmi bəyanatlara mövzu olan Ermənistana qahmar çıxmaqla regional güclərlə rəqabətə girdiyini nümayiş etdirməyə çalışır. Görünür, bu bölgəyə təsir göstərmək Hindistanın qlobal miqyasda mövqelərini gücləndirmək planlarının bir hissəsi, Ermənistana silah tədarükü isə bu strategiyanı həyata keçirmək üçün bir vasitədir. Bu məsələdə Fransanın təsiri də göz önündədir. Hindistan-Fransa tərəfdaşlığı Hindistanın Ermənistanın himayəçiləri sırasına daxil olmasında əsas rol oynayan amillərdən biridir. Heç kimə sir deyil ki, Fransa uzun müddətdir ki, Ermənistanın əsas dəstəkçilərindən biridir və bu əlaqələr Hindistanın qərarlarına dolayı yolla təsir edə bilər. Hindistan ermənilərə raket verməklə təkcə Fransaya yox, eləcə də başda ABŞ olmaqla bütünlükdə “kollektiv Qərb”ə yarınmaq istəyir.
Lakin bu addımın əks effektləri Hindistan üçün daha böyük olacaq.
Əvvəla, Hindistanın qərarını Pakistanla olan rəqabəti kontekstində nəzərdən keçirəndə, bu addım Hindistana öz regionunda yeni gərginliklərlə üz-üzə qoyacaq. Pakistanın Azərbaycanın yanında yer alması və Azərbaycanla dərin hərbi-diplomatik əlaqələr qurması Hindistanın Ermənistana yaxınlaşmasına təkan verən amildir. Öz regionunda Pakistanla bəzən eskalasiya həddinə çatan problemlər yaşayan Hindistan Ermənistana hərbi dəstək verməklə nifaqın miqyasını böyütmüş olur.
Bundan əlavə, Hindistanın bu addımı Çinin bölgədə artan iqtisadi təsirinə qarşı bir cavab olaraq qiymətləndirilə bilər. Qərb ölkələrinin Çinə qarşı güclənən etimadsızlığından Hindistan hər zaman faydalanmağa çalışır. Odur ki, Çinin Cənubi Qafqazda da təsirini məhdudlaşdırmağa çalışaraq, öz mövqelərini gücləndirmək istəyir. Bu “məntiq” bir daha təsdiq edir ki, Ermənistana silah tədarükü Hindistanın Qərbin dəstəyini qazanmaq və Çinə qarşı özünü “alternativ qüvvə” kimi təqdim etmək niyyəti güdür.
Nəhayət, Fransa kimi Hindistan da anti-Rusiya meyillərinin gücləndiyi Ermənistanda “Moskvadan boşalan yeri” tutmağa çalışır.
Əlbəttə, silah ixracının iqtisadi tərəfləri də mütləq nəzərə alınmalıdır. Hindistan dünyanın ikinci ən böyük silah idxalçısı sayılır və bu sahədə yeni bazarlar axtarır. Ermənistanın Rusiyadan hərbi asılılığını azaltmaq yönündə atdığı addımlar Hindistan üçün yeni bir bazar yaradır.
Lakin “Ermənistan bazarı” Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivini risk altında qoyur. Yeni silahlar əldə etmək Ermənistanın daha aqressiv mövqe sərgiləməsinə şərait yaradacaq, Azərbaycan-Ermənistan münaqişəsinin həllini çətinləşdirəcək. Deməli, Hindistanın bu hərəkəti regional sabitliyə töhfə vermək əvəzinə, daha böyük qeyri-sabitliyə səbəb ola bilər.
Bəs, “Vasudhaiva Kutumbakam” fəlsəfəsi?
Axı Hindistan “Dünya bir ailədir” prinsipini əsas götürdüyünü iddia edir və özünü beynəlxalq ictimaiyyətə sülh və əməkdaşlığı təşviq edən bir ölkə kimi təbliğ edirdi?
Bəli, Hindistanın bu qərarı onun üçün uzunmüddətli perspektivdə həm regionda, həm də beynəlxalq səviyyədə mənfi nəticələrə gətirib çıxaracaq. İlk növbədə, Azərbaycanın da liderlərindən biri olduğu Qoşulmama Hərəkatı ölkələrinin Hindistana etimadı sarsılacaq. Qoşulmala Hərəkatı münaqişələrə qərəzsiz yanaşma və ədalətli vasitəçilik prinsiplərini təşviq edir. Azərbaycan isə bu hərəkatın aparıcı dövlətlərindən biridir. Hindistanın Ermənistana hərbi dəstəyi, hərəkatın məqsədlərinə və prinsiplərinə ziddir və rəsmi Bakını Hindistanın bu platformadan xaric edilməsi üçün təşəbbüslər ortaya qoymağa sövq edir.
Taleh Şahsuvarlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Noyabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri