“Ermənistanın Aİyə üzvlük müzakirəsi Aİİdən çıxmasının başlanğıcı deməkdir” Overçuk

09.01.2025

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Rusiya Ermənistanda Aİ-yə daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini respublikanın Aİİ-dən (Avrasiya İqtisadi İttifaqı) çıxmasının başlanğıcı kimi qiymətləndirir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
“Biz Ermənistanda “Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsinin müzakirəsinə başlamasını Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk. Rusiya Federasiyası Ermənistana qarşı iqtisadi siyasətini bu şəraiti nəzərə alaraq quracaq”, - Overçuk bildirib.
“Eyni zamanda, bu, şübhəsiz ki, Ermənistan Respublikasının suveren seçimidir", - baş nazirin müavini qeyd edib.
Xatırladaq ki, bu gün Ermənistan hökuməti Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью