“Ermənistanın Aİyə üzvlük müzakirəsi Aİİdən çıxmasının başlanğıcı deməkdir” Overçuk
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiya Ermənistanda Aİ-yə daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini respublikanın Aİİ-dən (Avrasiya İqtisadi İttifaqı) çıxmasının başlanğıcı kimi qiymətləndirir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
“Biz Ermənistanda “Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsinin müzakirəsinə başlamasını Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk. Rusiya Federasiyası Ermənistana qarşı iqtisadi siyasətini bu şəraiti nəzərə alaraq quracaq”, - Overçuk bildirib.
“Eyni zamanda, bu, şübhəsiz ki, Ermənistan Respublikasının suveren seçimidir", - baş nazirin müavini qeyd edib.
Xatırladaq ki, bu gün Ermənistan hökuməti Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib
Bu mövzuda digər xəbərlər:Rəsmi Moskva: İrəvanın Aİyə qoşulması haqqında müzakirəni onun Aİİdən çıxmasının başlanğıcı kimi qiymətləndiririk
09 Yanvar 2025 22:03
Ermənistanın yeni avantürası: Aİyə üzvlük prosesinə başlanılması
11 Dekabr 2024 15:43
Papoyan: Ermənistanın Aİİdən çıxması gündəmdə
13 Yanvar 2025 13:04
Ermənistanın yeni avantürası: Aİyə üzvlük prosesinə başlanılması ŞƏRH
11 Dekabr 2024 14:28
Baxış sayı:162
Bu xəbər 09 Yanvar 2025 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















