Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir | Icma.az
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ölkənin təbiətə zərbəsi bəşəri cinayətdir Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri ekoloji və sosial-iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir.
BMT-yə üzv dövlətlər buna əsaslanaraq təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi məsələləri sağlamlığın ətraf mühit amilləri kimi dəyərləndirir.
Eyni zamanda, BMT belə bir ətraf mühiti əsas insan hüququ kimi tanıyır.
Lakin Ermənistan saysız ekoloji cinayətlər törətməklə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əleyhinə çıxış edir.
İşğalçı ölkə daha çox transsərhəd su axarlarına qarşı ekoloji cinayətlər törətməklə həm də 2014-cü ildə qüvvəyə minən BMT-nin Transsərhəd Çaylar Konvensiyasının tələblərini kobud şəkildə pozur.
Qeyd edək ki, bu konvensiyanın əsas məqsədi transsərhəd su axarlarından ədalətli və davamlı istifadəni gerçəkləşdirməkdir.
Ümumiyyətlə, adıçəkilən sənəd su ehtiyatlarının sosial-iqtisadi və ekoloji inkişaf üçün risk yaratdığı təqdirdə, təsirə məruz qala biləcək yaşayış yerləri ilə ünsiyyət qurmağı, bu coğrafiyada yaşayan insanların rəylərini diqqətdə saxlamağı nəzərdə tutur.
Tam oxu
Xəbəri oxu