Icma.az
close
up
RU
Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ölkənin təbiətə zərbəsi bəşəri cinayətdir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri ekoloji və sosial-iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər buna əsaslanaraq təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi məsələləri sağlamlığın ətraf mühit amilləri kimi dəyərləndirir. Eyni zamanda, BMT belə bir ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan saysız ekoloji cinayətlər törətməklə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əleyhinə çıxış edir.

İşğalçı ölkə daha çox transsərhəd su axarlarına qarşı ekoloji cinayətlər törətməklə həm də 2014-cü ildə qüvvəyə minən BMT-nin Transsərhəd Çaylar Konvensiyasının tələblərini kobud şəkildə pozur. Qeyd edək ki, bu konvensiyanın əsas məqsədi transsərhəd su axarlarından ədalətli və davamlı istifadəni gerçəkləşdirməkdir. Ümumiyyətlə, adıçəkilən sənəd su ehtiyatlarının sosial-iqtisadi və ekoloji inkişaf üçün risk yaratdığı təqdirdə, təsirə məruz qala biləcək yaşayış yerləri ilə ünsiyyət qurmağı, bu coğrafiyada yaşayan insanların rəylərini diqqətdə saxlamağı nəzərdə tutur.

Buna baxmayaraq, təəssüf ki, Ermənistan hökuməti regionun şirin su ehtiyatına təsir göstərə biləcək dağ-mədən sənayesinin təşkilində qonşu kəndlərdə yaşayan gürcü, azərbaycanlı və o cümlədən ermənilərin indiyədək rəylərini, fikirlərini nəzərə almayıb, onları ətraf mühitin qiymətləndirilməsi prosesinə cəlb etməyib.

Ekspertlərin bildirdiklərinə görə, hazırda Ermənistan ərazisində 28-dək metal mədəni istismar edilir və iqtisadi fəal əhalinin təxminən 9 min 200 nəfəri dağ-mədən səhəsində çalışır. Bu sektorda fəaliyyət göstərənlərin böyük əksəriyyəti isə işğalçı ölkənin Lori və Sünik regionlarının payına düşür. Müqayisə üçün qeyd edək ki, ölkədə ümumi istehsal olunan mədən məmulatlarının 70-80 faizi yalnız Qacaran şəhərində yerləşən “Zangezur Copper-Molybdenum Combine” şirkəti tərəfindən istehsal edilir. Mədən sənayesində çalışan əhalinin, təxminən, yarısı (4 min nəfər) adı çəkilən şirkətdə çalışır. Məhz sosial-iqtisadi amillər Ermənistan siyasi hakimiyyətinin ətraf mühitlə bağlı qərarlarına ciddi təsir göstərir. Əks halda, mədənlərin fəaliyyətinin dayandırılması gündəmə gələ bilər ki, bu da siyasi xaosa səbəb olar bilər.

Ermənistan bu gün dövlət gəlirlərini təbii resursların istismarı və satışı üzərində qurulan primitiv iqtisadi modelə əsasən qarşılayır. Bu prosesdə mühüm rol oynayan dağ-mədən sənayesi yalnız ölkənin deyil, həm də qonşu dövlətlərin ekosisteminin sıradan çıxmasına şərait yaradır. Şübhəsiz ki, bu prosesdə ən böyük zərər çəkən ölkə məhz Azərbaycandır. Aparılan tədqiqatlar deməyə əsas verir ki, Ermənistanın bölgələrindən keçərək ölkəmizə daxili olan çay sistemlərində suyun keyfiyyəti, məişətdə istifadəsi və irriqasiyada tətbiqi beynəlxalq standartlara uyğun deyil. Kür və Araz kimi sərhədyanı çayların birbaşa və ya dolayı yolla çirkləndirilməsi həm də bütün Xəzər hövzəsinin ekologiyasına ciddi təhdid yaradır. Bu isə problemin artıq qlobal miqyasa keçdiyini göstərir.

Ermənistan uzun illər ərzində beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozaraq dağ-mədən sənayesində apardığı qanunazidd işlərlə ətraf mühitdə ciddi ekoloji böhran yaradıb. Davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükə yaradıb. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atıb. Bütün bunlara görə də işğalçı ölkədə beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılması zərurəti yaranıb.

Qeyd edək ki, Ermənistanın Qacaran şəhərindəki Zəngəzur mis-molibden və Qafandakı dağ-mədən kombinatlarının ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Xatırladaq ki, Zəngəzur mis-molibden kombinatının səhmlərinin 60 faizi Almaniyanın “Cronimet Mining GmbH” şirkətinə məxsusdur. Burada heç bir ekoloji norma gözlənilmədən il ərzində, təxminən, 20 milyon ton filiz emal olunur. Müəssisənin mədən tullantıları hovuzu olan 270 milyon kvadratmetrlik Artsevanik su anbarı bütün region üçün təhdid sayılır.

Qafan dağ-mədən kombinatı isə 2019-cu ildən Böyük Britaniyanın “Chaarat Gold International Limited” şirkətinin tərkibində fəaliyyət göstərir və hazırda “Chaarat Kapan” adlanır. İl ərzində burada orta hesabla 1,3 milyon ton filiz emal edilir. Qafan dağ-mədən kombinatının tərkibində 4,6 milyon kvadratmetr ərazini əhatə edən Gütqum (Qeqanuş) mədən tullantısı anbarı region üçün böyük təhlükə mənbəyi hesab edilir.

Əkərək (Aqarak) Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay (Karçevançay) vasitəsilə Araza axıdılaraq bu çayı zəhərləyir. ABŞ-ın “Comsup Commodities” şirkəti müəssisənin bütün səhmlərini alaraq onun tam payçısıdır. İl ərzində burada, təxminən, 4 milyon ton filiz emal olunur. Kombinatın Davazam tullantı anbarında toplanan 36,8 milyon kubmetr təhlükəli tullantı suyu transsərhəd Araz çayına axıdılır.

Onu da deyək ki, işğal dövründə Ermənistan hakimiyyəti tərəfindən Azərbaycanla sərhəddə yerləşən Kəlbəcərin Zod yatağı qeyri-qanuni olaraq “GeoProMining” şirkətinin istismarına verilib. 2009-cu ildə burada 320,5 min ton, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton həcmində hasil edilən filizin emalı Dəvəli (Ararat) qızıl kombinatında reallaşdırılıb. Nəticədə mədən yaxınlığındakı Zod (Sotk) çayı mis, dəmir, kadmium və molibden kimi ağır metallarla çirkləndirilib.

Çirkləndirilən Zod (Sotk) çayı da Kürə axıdılmaqla milyonlarla insanın həyatı böyük təhlükə ilə yaradıb və 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi adıçəkilən mədənin regionu çirkləndirdiyinə görə, Ermənistan tərəfindən ekoloji tarazlıq hüquqlarının pozulmasına dair qərar da çıxarıb.

Avropa İnsan Hüquqları Məhkəməsi 2019-cu il 14 fevral tarixli qərarı ilə Şınıx (Şnoq) və Tuğut (Teqout) kəndlərinin məhkəməyə müraciət etmiş sakinlərinin torpaqlarında qanunsuz mədən sənayesi istismarını təsbit edib, bununla bağlı Ermənistan hökumətindən zərər dəymiş kəndlilərə 69 min 400 avro dəyərində təzminat ödənməsi tələb olunub.

Göyçə ərazisində yerləşən Daşdəm (Daşdam) qızıl mədənində il ərzində, təxminən, 10 min unsiya qızıl hasil olunmaqla bərabər, yerli su təchizatı davamlı olaraq çirklənir. Mütəxəssislər bildirirlər ki, mədənin çirkab sularında arsen və civə kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metallar əsas içməli su mənbəyi olan Bərgüşad (Vorotan) çayını da zəhərləyir. Xatırladaq ki, Bərgüşad çayı Araza tökülür. Mədən isə Kanadanın “Lydian International” şirkəti tərəfindən idarə olunur.

Ermənistanın Lori vilayətindəki Axtala mədənində il ərzində, təxminən, 5 min ton mis və qurğuşun istehsal edir. Mədənin tullantı sularında qeydə alınan mis, qurğuşun və sink kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metallar Kürə tökülən Tona (Debed) çayını çirkləndirir.

Qafandakı Manqan zavodu nəinki Ermənistanda, eləcə də dünyada bu tip ən böyük manqan müəssisələrindən biridir. Zavod manqan filizi, manqan dioksidi və digər manqan məhsulları istehsal edir, illik hasilatı, təxminən, 1,5 milyon tondur. Manqan filizinin çıxarılması və emalı zamanı hava və suya ağır metallar, toz və digər çirkləndiricilər buraxılır. Bu çirkləndiricilər tənəffüs problemləri, nevroloji xəstəliklər və xərçəng də daxil olmaqla bir sıra sağlamlıq problemləri yaradır. Müəssisə, həmçinin Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan yaxınlıqdakı Bərgüşad çayını dəhşətli dərəcədə çirkləndirir.

Ellər (Qotayq) mis, sink və qurğuşun istehsal edən metallurgiya müəssisəsidir. Zavod Arpaçayını mis, qurğuşun və kadium kimi insan sağlamlığına mənfi təsir göstərən ağır metallarla çirkləndirir. Müəssisə kükürd dioksidi, azot oksidləri və bərk hissəciklər də daxil olmaqla, böyük miqdarda hava çirkliliyi yaradır. Bu çirklənmə insan sağlamlığına mənfi təsir göstərərək tənəffüs problemləri, ürək xəstəlikləri və digər ağır xəstəliklərə gətirib çıxarır. Zavod tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçaya axıdır. Müəssisədə yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir və yeraltı sulara sızır.

Göyçə (Geqarkunik) Mis əritmə zavodu ildə, təxminən, 100 min ton mis istehsal edir. Ermənistanın “GeoProMining” şirkətinə məxsus bu müəssisə atmosferə çoxlu miqdarda kükürd dioksidi və digər çirkləndiricilər atır ki, bu da havanın çirklənməsinə və turşu yağışlarına gətirib çıxarır. Zavod tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçayına axıdır. Arpaçay isə öz növbəsində çirkləndirici maddələri Araza daşıyır. Çirkab suları Arpaçayda su canlılarını məhv edir. Göyçə Mis əritmə zavodu ətraf mühit və insanlar üçün böyük təhlükə mənbəyi sayılır.

Amin MƏMMƏDOV,
“Environmental Protection First” Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri

Ermənistanın dağ-mədən sənayesi Cənubi Qafqaz bölgəsində ciddi ekoloji təhdid halına gəlib. Bununla bağlı Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları, qeyri-hökumət dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə Ermənistanın beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozduğu, bu ölkənin dağ-mədən sənayesində aparılan işlərin ciddi regional və qlobal ekoloji böhrana yol açdığı bildirilib. Ermənistanın beynəlxalq öhdəliklərə əməl etməməsi nəticəsində vəziyyət həqiqətən də kritik həddə çatıb.

Bu fikrin təsdiqi olaraq diqqəti bir fakta yönəltmək istərdim. Belə ki, 2023-cu ilin yay aylarında Arazdəyəndə metallurgiya zavodunun tikilməsi ilə bağlı məlumat yayıldı. Bununla bağlı Azərbaycanın qeyri-hökumət təşkilatları tərəfindən birgə etiraz bəyanatı hazırlandı. Göstərilən səylərin nəticəsində zavodun tikintisi təxirə salındı. Bundan sonra Azərbaycan vətəndaş cəmiyyəti tarixi Azərbaycan torpaqlarında mövcud durumu öyrənməyi davam etdirdi.

Ötən ilin avqust ayında “Azərkosmos” tərəfindən “Environmental protection first" Koalisiyasına təqdim edilən materiallar əsasında məlum olub ki, Ermənistanın Azərbaycanla sərhədə yaxın 20-dən çox bölgəsində əlvan metallar çıxarılır. Bu prosesə əsasən beynəlxalq investorlar cəlb olunur. Nəticədə Qafqazın ekologiyasına ciddi ziyan vurulur. Həmin şirkətlərin əksəriyyəti qlobal səviyyədə ciddi qəbul edilmir. Ona görə bu şirkətlər məsuliyyəti dərk etməli, Qafqazın ekologiyasına ziyan vuracaq layihələrdən çəkinməlidirlər.

Böyük Qayıdış proqramı sayəsində keçmiş məcburi köçkünlər Ermənistanla yaxın ərazilərə köçürlər. Ona görə də biz əhalinin məruz qaldığı ekoloji təsirlər haqqında araşdırmalarımızı davam etdiririk. Ermənistanın dağ-mədən sənayesini həyata keçirdiyi ərazilər mütləq monitorinq edilməlidir. Bu monitorinqdə Azərbaycan tərəfindən mütəxəssislərin iştirakı da vacibdir. Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.

Ermənistanın və bu ölkədə işləyən xarici şirkətlərin dünyada qəbul olunmuş ekoloji norma və standartlar gözlənilmədən apardıqları ekosid fəaliyyəti dərhal dayandırılmalıdır, Ermənistanın bütün bölgəni zəhərləməsinin qarşısı alınmalıdır. Ermənistan əhalisi və region ölkələrinin ictimaiyyəti onlardan gizlədilənlər barədə mütləq xəbər tutmalıdır.

Azərbaycan QHT-lərinin Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı açdığı cəbhə dünyanın ən müxtəlif ölkələrindəki ekoloji təşkilatlar tərəfindən alqışlanıb. Biz davamlı dəstək mesajları alırıq. 2024-cü ilin mayında Keniyada BMT-nin Vətəndaş Cəmiyyəti Forumunda, sentyabrında ABŞ-da BMT-nin Gələcəyin Sammiti toplantısında, noyabrında COP29-da biz bu barədə geniş iş aparmışıq. Ermənistanın hərəkətlərindən bir çox ekofəallar və beynəlxalq ekspertlər dəhşətə gəlib.

“XQ”nin analitik qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz

05 Mart 2025 11:03see130

“Abşeron” və “Milli Aviasiya Akademiyası” turu qələbə ilə bitirib

05 Mart 2025 01:34see126

Ekoloqlar yanğın yerinə GETDİLƏR

05 Mart 2025 11:03see125

İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

05 Mart 2025 11:03see124

Çin hərbi büdcəsini kəskin artıracaq

05 Mart 2025 20:40see123

Gəncədə avtomobillər toqquşdu: Yaralı var Fotolar

05 Mart 2025 21:04see121

Ağ Ev Tramp Zelenski danışıqlarının bərpası üçün şərtləri açıqlayıb

04 Mart 2025 07:48see119

Dağıstanda silahlı toqquşma: 4 terrorçu öldürüldü YENİLƏNİB

05 Mart 2025 08:40see119

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

05 Mart 2025 21:24see117

Alimlər ən qədim quşlardan birini aşkar etdilər

04 Mart 2025 15:58see115

Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado

05 Mart 2025 07:20see115

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır

05 Mart 2025 09:09see113

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR 10 12 martdan…

05 Mart 2025 04:30see113

Starbucks Rusiya bazarına qayıdır

05 Mart 2025 07:41see113

ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

06 Mart 2025 00:46see112

Ermənilərin ABŞ dən deportasiyası: “Tramp belə addımlarla öz nüfuzunu…”

04 Mart 2025 22:26see112

ABŞ da güclü külək: 500 mindən ev işıqsız qalıb

05 Mart 2025 21:08see111

Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb

06 Mart 2025 03:28see111

Bakının məşhur restoranlarında iftar süfrəsinin qiymətləri SİYAHI

05 Mart 2025 09:02see110

Deku rəğbət bəsləyir, Flik isə tam əmin deyil

05 Mart 2025 22:57see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri