Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir. Ermənistan 2025-ci ildə KTMT üzvlüyünü ləğv etməyəcək.
Bu barədə ölkənin Xarici Kəşfiyyat Xidməti (SVR) bildirib. Bundan əvvəl müdafiə naziri Suren Papikyan bəyan edib ki, Ermənistan Rusiya ilə m
Papikyan qeyd edib ki, Ermənistan de-fakto KTMT-də iştirak etmir.
Eyni zamanda İrəvan Rusiya ilə heç bir ikitərəfli sənədi ləğv etməyib və təşkilatdan çıxmayıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan Xarici Kəşfiyyat Xidmətinin (SVR) bəyanatına baxmayaraq, hələ də İrəvanı özünün müttəfiqi hesab edir.
KONKRET.az xəbər verir ki, bu barədə TASS-a qurumdakı mənbə məlumat verib: “Təşkilatın Katibliyi Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin bu bəyanatından xəbərdardır.
Bununla belə, biz Ermənistanı hələ də müttəfiq hesab edirik və İrəvanla qarşılıqlı əlaqəni davam etdiririk”.
Bundan əvvəl Nikol Paşinyan KTMT-dəki fəaliyyətlərini dondurduqlarını bəyan edib.