Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq. TRIPP regionun sülh xəritəsidir, onu inkar etmək isə axara qarşı üzməkdir Ermənistan yeni
Bu dəfə siyasi səhnədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyandır.
O, Almaniyanın “Deutsche velle” nəşrinə verdiyi müsahibəsində iddia edib ki, Azərbaycan, guya Qərbi Zəngəzurdan keçəcək dəmir yoluna üçüncü ölkənin, yəni Rusiyanın hərbi qüvvələrini yerləşdirmək istəyib.
Mirzoyanın sözlərinə görə, rəsmi Bakı bu əraziyə “ekstraterritorial dəhliz statusu” verməyə çalışıb, lakin İrəvan bununla razılaşmayıb.
Ermənistan XİN başçısının bəyanatı Hayastan rəhbərliyinin uzun illərdir apardığı ritorikanın davamı kimi qiymətləndirilməlidir.
İrəvan bundan öncə də dəhlizi təhlükə kimi göstərmək, ölkəmizin regionda iqtisadi və kommunikasiya inteqrasiyasına yönəlmiş addımlarını hərbi təhdid kimi qələmə vermək istəyirdi.
Əslində, məsələni dərindən analiz edəndə Mirzoyanın açıqlamasının istər tarixi, istər hüquqi, istərsə də diplomatik kontekstdə ziddiyyətli olduğunu görmək mümkündür.
Sual yaranır ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatda Zəngəzur dəhlizi məsələsi açıq şəkildə göstərilirsə, niyə Ermənistan tərəfi bu sənədi selektiv şəkildə oxumağa üstünlük verir?