Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

Ermənistanın “dəhliz fobiyası” yenidən gündəmdə

Ermənistanın “dəhliz fobiyası” yenidən gündəmdə

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

TRIPP regionun sülh xəritəsidir, onu inkar etmək isə axara qarşı üzməkdir

Ermənistan yenidən Zəngəzur dəhlizi (TRIPP) məsələsini beynəlxalq gündəmə saxtalaşdırılmış nüsxə kimi təqdim etməyə başlayıb. Bu dəfə siyasi səhnədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyandır. O, Almaniyanın “Deutsche velle” nəşrinə verdiyi müsahibəsində iddia edib ki, Azərbaycan, guya Qərbi Zəngəzurdan keçəcək dəmir yoluna üçüncü ölkənin, yəni Rusiyanın hərbi qüvvələrini yerləşdirmək istəyib. Mirzoyanın sözlərinə görə, rəsmi Bakı bu əraziyə “ekstraterritorial dəhliz statusu” verməyə çalışıb, lakin İrəvan bununla razılaşmayıb.

Ermənistan XİN başçısının bəyanatı Hayastan rəhbərliyinin uzun illərdir apardığı ritorikanın davamı kimi qiymətləndirilməlidir. İrəvan bundan öncə də dəhlizi təhlükə kimi göstərmək, ölkəmizin regionda iqtisadi və kommunikasiya inteqrasiyasına yönəlmiş addımlarını hərbi təhdid kimi qələmə vermək istəyirdi. Əslində, məsələni dərindən analiz edəndə Mirzoyanın açıqlamasının istər tarixi, istər hüquqi, istərsə də diplomatik kontekstdə ziddiyyətli olduğunu görmək mümkündür. Sual yaranır ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatda Zəngəzur dəhlizi məsələsi açıq şəkildə göstərilirsə, niyə Ermənistan tərəfi bu sənədi selektiv şəkildə oxumağa üstünlük verir? Halbuki həmin bəyanatın 9-cu bəndində açıq şəkildə kommunikasiyaların bərpası, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təmin olunması məsələsi qeyd olunur. Bu maddə təkcə hüquqi deyil, həm də praktik öhdəlik yaradır. Rusiyaya verilən nəzarət mexanizmi hüququ isə dəhlizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyırdı. Yəni Mirzoyanın “Azərbaycan rus qoşunlarını ora yerləşdirmək istəyirdi” fikri reallığın təhrifindən başqa bir şey deyil. Əgər sənədin sözügedən bəndi qüvvədədirsə, bu elə Ermənistanın üzərinə düşən beynəlxalq məsuliyyətdir.

Ümumiyyətlə, Ermənistanın xarici siyasəti bir növ teatr səhnəsini xatırladır. Bir tərəfdə Mirzoyan “dəhliz yoxdur” deyir, digər tərəfdə isə baş nazir Nikol Paşinyan ABŞ-la “Tramp marşrutu” adlı layihə üzərində danışıqlardan bəhs edir. Paşinyan etiraf edir ki, 8 avqustda Vaşinqtonda ABŞ ilə razılaşma əldə olunub, lakin sonradan “Ukrayna və Yaxın Şərqdəki gərginlik” prosesi ləngidib. Maraqlıdır, “Tramp marşrutu” adlanan layihə sırf sülh və iqtisadi əməkdaşlıq layihəsidirsə, niyə onun ləngiməsi beynəlxalq hərbi-siyasi böhranlarla izah olunur? Bu onu göstərir ki, layihənin arxasında geosiyasi məqsədlər dayanır. Ermənistan ABŞ və Qərb tərəfdaşları vasitəsilə regiondakı tranzit xəritəsini yenidən dizayn etməyə çalışır. “Tramp marşrutu” ritorikası Zəngəzur dəhlizinə alternativ Qərb layihəsi kimi təqdim olunur. Paşinyan marşrutu beynəlxalq sülh və rifah üçün yeni yol kimi bəzəsə də, mahiyyət etibarilə, bu, regionun iqtisadi suverenliyini Qərbin nəzarətinə vermək cəhdidir. Yeri gəlmişkən, Azərbaycan üçün Zəngəzur dəhlizi tarixi ədalətin bərpası, Naxçıvanın blokadadan çıxarılması və Türk dünyasının quru əlaqəsinin təmin olunması anlamına gəlir. Lakin Ermənistan bu ideyanı hər dəfə “təhlükə” və “ekstraterritoriallıq” kimi təqdim etməklə regiondakı siyasi balansı pozmağa çalışır. Bəs 1990-cı illərdə ölkəmizin qərb rayonları ilə Naxçıvan arasında bütün yollar bağlananda bu, Ermənistan üçün “suverenlik” məsələsi idisə, indi həmin yolların açılması niyə “təhdid” kimi qələmə verilir? Deməli, həm tarixi yaddaş, həm də beynəlxalq hüquq ikili standartlarla manipulyasiya olunur.

Mirzoyanın Almaniya mediasına müsahibəsi təsadüfi deyil. Ermənistan bu gün Avropa auditoriyasına yönəlmiş yeni informasiya kampaniyasına başlayıb. Məqsəd Zəngəzur dəhlizini “Rusiya layihəsi” kimi təqdim edib Qərb ölkələrində anti-Azərbaycan rəyi formalaşdırmaqdır. Daha dəqiq desək, klassik dezinformasiya diplomatiyasıdır. Çünki Ermənistan rəhbərliyi çox yaxşı bilir ki, dəhlizin hüquqi və iqtisadi strukturu Azərbaycanın suverenliyi çərçivəsində formalaşır. Heç bir “ekstraterritorial” statusdan söhbət gedə bilməz. Əksinə, dəhliz açıldığı halda Ermənistan özü iqtisadi fayda əldə edə bilər ki, bunlara regionun tranzit mərkəzinə çevrilmək, gömrük gəlirlərindən pay almaq, Türkiyə və Azərbaycan bazarlarına çıxış qazanmaq imkanı daxildir. Lakin rəsmi İrəvan bu perspektivdən də qorxur. Çünki Zəngəzur dəhlizi (TRIPP) Ermənistanın illərlə qurduğu blokada narrativini darmadağın edir.

Azərbaycanın dəhliz siyasəti hüquqi sənədlərə və beynəlxalq öhdəliklərə əsaslanır. Rəsmi Bakı heç vaxt üçüncü ölkənin ordusunun yerləşdirilməsi kimi absurd tələb irəli sürməyib. Sadəcə, 10 noyabr sənədində nəzərdə tutulan təhlükəsizlik mexanizminin icrasını tələb edib. Dəhlizin açılması Azərbaycanla yanaşı, bütün regionun rifahına xidmət edən layihədir. İrəvanın tez-tez işlətdiyi “Tramp marşrutu” ifadəsi də, əslində, semantik manipulyasiyadır. Dəhliz anlayışı hüquqi öhdəlik daşıyır, marşrut isə sadəcə, iqtisadi niyyət. Ermənistan bu dəyişikliklə öz üzərinə düşən məsuliyyəti aradan qaldırmaq istəyir. Beynəlxalq hüquqda “terminoloji qaçış” adlanan bu davranış ölkələrin öhdəlikdən yayınmaq üçün üz tutduğu yoldur. Lakin tarix və reallıq dəyişmir. Ermənistan istəsə də, istəməsə də Qərbi Zəngəzurdan keçəcək nəqliyyat xətti regionun geosiyasi xəritəsində artıq var.

Sonda qeyd edək ki, tarixi reallıqların qarşısını informasiya manipulyasiyası ilə almaq mümkün deyil. Ermənistan rəhbərliyi nə qədər marşrut ifadəsini təkrarlasa da, dəhliz məntiqi artıq beynəlxalq hüquq və regional iqtisadiyyat səviyyəsində formalaşıb. Zəngəzur dəhlizi (TRIPP) regionun gələcək sülh xəritəsidir. Ona qarşı çıxmaq, sülhə qarşı çıxmaqdır.

Yeganə HACIYEVA,
politoloq

Ermənistan tərəfinin hələ də sülh sazişinin imzalanması məsələsində müəyyən tərəddüdləri mövcuddur. Bu tərəddüd əsasən daxildəki müxtəlif qrupların təzyiqinin nəticəsidir. Onlar formal şəkildə daxili siyasi landşaftın tərkib hissəsi olsalar da, əslində, kənar maraqların təmsilçiləridir. Ümumilikdə, elə bir təəssürat yaranır ki, Ermənistan hakimiyyətində ölkənin və xalqın maraqlarına səmimi şəkildə xidmət edən təmiz siyasətçi və ya siyasi güc, demək olar ki, yoxdur. Əksinə, “ümumerməni maraqları” adlandırılan, lakin regiona kənar müdaxiləni legitimləşdirmək məqsədi daşıyan saxta və manipulyativ ideyalar hakimiyyət səviyyəsində təmsil olunur. Bu qruplar idarəçiliyi başqa dairələrin əlində olan qüvvələrin maraqlarını “ümumerməni maraqları” adı altında təqdim edən, psevdopatriotik dairələrdir. Ona görə də Ermənistan daxilindəki həmin qruplar Azərbaycanla sülh sazişinə və Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı davamlı şəkildə müqavimət göstərirlər. Bu dirənişin səbəbi açıqdır: həm Azərbaycan, həm də Türkiyəyə qarşı əsassız ərazi iddiaları və tarixi təhriflər üzərində qurulmuş ideyalar hələ də bu qrupların ideoloji dayaq nöqtəsidir. İddialar erməni lobbiləri, diaspora təşkilatları və xaricdə fəaliyyət göstərən siyasi qurumlar tərəfindən səsləndirilir.

Məhz bu səbəbdən Ermənistan rəsmilərinin xarici auditoriyaya yönəlmiş çıxışlarında bu təsir aydın hiss olunur. Onlar çox vaxt beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə təhrif olunmuş və birtərəfli məlumatlar təqdim edirlər. Bu çıxışların əsas məqsədi regiona üçüncü qüvvələrin daxil olmasını legitimləşdirməkdir. Əslində isə regionda üçüncü ölkələrin hərbi və ya siyasi iştirakına dair təkliflərin böyük əksəriyyəti məhz Ermənistan tərəfindən irəli sürülür. Ermənistanın 42 kilometrlik yolu 98 illik icarə müqaviləsi ilə ABŞ-a vermək təşəbbüsü bu siyasətin bariz nümunəsidir. Azərbaycan isə hər hansı üçüncü qüvvənin regionda yerləşməsinə qəti şəkildə qarşı çıxıb. Bakı üçün bu, dövlətin milli maraqlarına zidd hesab olunur və buna heç vaxt razılıq verilməyib.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri