Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. İşğalçı ölkənin, eləcə də həmin ölkə hakimiyyətinin çətin durumda olduğu günün reall
Hazırda erməni baş nazir Nikol Paşinyanın və onun hakimiyyət komandasının hansı müəmmalı vəziyyətdə olması özü belə bəzi məsələlərə aydınlıq
Xüsusən də, daxili və xarici “təsirlərdən” ehtiyat edən, daha doğrusu, əməlli-başlı qorxu kompleksi keçirən Ermənistan hakimiyyəti çıxış yol
Vəziyyətin çətin, durumun ağır olması hələ çox manipulyasiyalara əl atılmasına sövq edə bilər İndi işğalçı ölkənin acınacaqlı durumunu, həmi
Əvvəla ona görə ki, Ermənistanın mövcud hakimiyyəti daxili audutoriyadan əhəmiyyətli dərəcədə çəkinir və qorxur.
Qorxur ki, haylar qəflətən küçələrə çıxıb hakimiyyət dəyişikliyi tələb edə, hazırkı hakimiyyəti devirə, dövlət çevrilişini reallaşdıra bilərlər və hər halda, hakimiyyət kürsüsünü ələ keçirmək üçün küçə nümayişlərindən vasitə olaraq istifadə edən birinin, yəni, erməni baş nazirin belə bir qorxu kompleksi başadüşüləndir.
Xüsusən də ona görə Paşinyan daxili auditoriyadan, Ermənistan cəmiyyətinin sərt reaksiyasından qorxur ki, həmin o sərt reaksiyanın qarşısını almaq “gücündə” və iqtidarında olmadığının fərqindədir.
İndi Nikol Paşinyan və onun ətrafı qorxur ki, işğalçı ölkə üçün ən doğru yol olan istiqamətə doğru addım atılacağı, Azərbaycanla sülh danışıqlarına başlayacağı təqdirdə belə həmin o işğalçı ölkədə rezonans yarana bilər və bu “titrəyiş” də indiki hakimiyyətin devrilməsinə rəvac verər.