Icma.az
close
up
RU
Ermənistanın əl atdığı SİYASİ MANİPULYASİYALAR

Ermənistanın əl atdığı SİYASİ MANİPULYASİYALAR

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

İşğalçı ölkənin, eləcə də həmin ölkə hakimiyyətinin çətin durumda olduğu günün reallığıdır və bunu təsdiq edən məqamlar kifayət qədərdir. Hazırda erməni baş nazir Nikol Paşinyanın və onun hakimiyyət komandasının hansı müəmmalı vəziyyətdə olması özü belə bəzi məsələlərə aydınlıq gətirmək üçün yetərlidir. Xüsusən də, daxili və xarici “təsirlərdən” ehtiyat edən, daha doğrusu, əməlli-başlı qorxu kompleksi keçirən Ermənistan hakimiyyəti çıxış yolunu az da olsa vaxt qazanmaq məqsədi ilə siyasi manipulyasiyalara əl atmaqda görür.

Vəziyyətin çətin, durumun ağır olması hələ çox manipulyasiyalara əl atılmasına sövq edə bilər

İndi işğalçı ölkənin acınacaqlı durumunu, həmin ölkə üçün gözlənilən təhlükələri Paşinyan hakimiyyəti lap yaxşı başa düşür, amma qətiyyətli addım ataraq və siyasi iradə nümayiş etdirərək doğru yolu tuta bilmir. Əvvəla ona görə ki, Ermənistanın mövcud hakimiyyəti daxili audutoriyadan əhəmiyyətli dərəcədə çəkinir və qorxur. Qorxur ki, haylar qəflətən küçələrə çıxıb hakimiyyət dəyişikliyi tələb edə, hazırkı hakimiyyəti devirə, dövlət çevrilişini reallaşdıra bilərlər və hər halda, hakimiyyət kürsüsünü ələ keçirmək üçün küçə nümayişlərindən vasitə olaraq istifadə edən birinin, yəni, erməni baş nazirin belə bir qorxu kompleksi başadüşüləndir. Xüsusən də ona görə Paşinyan daxili auditoriyadan, Ermənistan cəmiyyətinin sərt reaksiyasından qorxur ki, həmin o sərt reaksiyanın qarşısını almaq “gücündə” və iqtidarında olmadığının fərqindədir.

İndi Nikol Paşinyan və onun ətrafı qorxur ki, işğalçı ölkə üçün ən doğru yol olan istiqamətə doğru addım atılacağı, Azərbaycanla sülh danışıqlarına başlayacağı təqdirdə belə həmin o işğalçı ölkədə rezonans yarana bilər və bu “titrəyiş” də indiki hakimiyyətin devrilməsinə rəvac verər. Bir sözlə, Nikol Paşinyan və onun komandası ən doğru yolu belə tutmaqdan çox bərk qorxur və yenə də ənənələrinə sadiq qalaraq, məsələni uzatmaq, bununla da mümkün qədər vaxt qazanmaq üçün bütün mümkün variantlara əl atır. Əslində, həmin variantlar dedikdə, elə siyasi manipulyasiyalar nəzərdə tutulur və belə bir seçim Ermənistan hakimiyyəti üçün birinci, çox güman ki, heç sonuncu da deyil. Çünki hazırda rəsmi İrəvanın vəziyyətinin nə qədər çətin, durumunun nə qədər ağır, nə qədər mürəkkəb olduğu heç kim üçün, xüsusən də erməni baş nazirin özü üçün də sirr deyil və belə bir halın hələ çox “variantlar” axtarmağa, hələ çox manipulyasiyalar etməyə sövq edəcəyi zərrə qədər də şübhə doğurmur.

İşğalçı ölkə hakimiyyətinin “xarici təsirlərdən” qorxması, məhz asılı vəziyyətdə olması fonunda başadüşüləndir

Nəzərdən qaçırmaq lazım deyil ki, Nikol Paşinyan və onun ətrafı eyni zamanda xarici “təsirlərdən” də qorxur. Onsuz da ixtiyarı öz əlində olmayan, müstəqil qərarlar verə bilməyən Ermənistan hakimiyyətinin, ümumiyyətlə, asılı vəziyyətdə olan erməni cəmiyyətinin xarici təsirlərdən qorxması əslində, məntiqidir. Çünki həmin o işğalçı ölkəni qızışdıraraq oyunlara salanların böyük əksəriyyətinin xarici təsirlərdən qaynaqlandığı da bəllidir. Bəlli olan odur ki, indi ortalığa yuyulmamış qaşıq kimi atılan və haylara fəlakət vəd edən mənasız “qisas” niyyətini gizlətməyənlərin hansı qüvvələrin ssenarisi ilə “səhnəcik” qurmalarını anlamaları fonunda Paşinyan və onun hakimiyyət komandası qorxudan gecələr də yuxularını qarışdırır.

Onsuz da xarici oyunçulardan asılı vəziyyətdə olan və suverenliyindən söhbət belə gedə bilməyən Ermənistan bir marionet ölkə kimi çoxdan oyunlara alət hesab olunur. Bu alət olan ölkədə siyasi iradə nümayiş etdirmək də Nikol Paşinyana çox “ağır gəlir” və öhdəsindən gələ biləcəyinə heç özü də inanmır. İnana da bilməz axı. Çünki özü belə “beynəlxalq himayədarlardan” asılı vəziyyətdə olduğunu hayların hamısından yaxşı bilir. Bilir ki, ABŞ, Avropa Birliyi, eləcə də Fransa kimi ölkələrin “maraqlarına” zərrə qədər toxunan addım atmaq istəsə, nəinki hakimiyyət kürsüsündən, hətta həyatından belə məhrum ola bilər. Yaxşı başa düşür ki, onu hakimiyyətdən “götürmək” Qərb üçün ən asan məsələdir və belə olan halda, cətin olan yenə də öz durumu olacaq. Məhz buna görə də “xarici təsirlərdən” yaman qorxur. Məhz elə bu qorxunu özündən uzaqlaşdırmaq, eləcə də kimlərinsə “qucağına” atılmaq üçün bir variant tapmağa çalışır və siyasi manipulyasiyalara əl atması da bundan irəli gəlir...

Son təxribatlar, sərhədin bir neçə istiqamətində atəşkəsin pozması Avropa İttifaqı missiyasının vaxtının uzadılması üçün bir manipulyasiyadır

Məsələ burasındadır ki, ilanın gülləyə tərəf atılması misalında, Paşinyan və onun hakimiyyət komandası da özlərinə çətinlik törədənlərin “qucağına” atılmağı xilas yolu hesab edir. Məhz belə hesab etdiyi üçün də Avropa İttifaqı missiyasının “ətəyindən” bərk yapışmaq qərarına gəlib. Xüsusən də cari ilin fevral ayının 19-da həmin missiyanın vaxtının bitməsini nəzərə alaraq, “variant” axtarışı təsdiq edir ki, Avropa İttifaqı missiyasının vaxtının uzadılmasını hazırki Ermənistan hakimiyyəti zərurət hesab edir və buna görə də manipulyasiyalara əl atır.

Görünən odur ki, Paşinyan və onun hakimiyyət komandası da, elə məhz Brüssel özü də Avropa İttifaqı missiyasının vaxtının uzadılmasında maraqlıdır. Xüsusən də rəsmi İrəvan indi elə hesab edir ki, həmin missiya onlar üçün bir növ “qalxan” sayıla bilər və elə ona görə də həmin missiyanın vaxtının uzadılmasına çalışır. Yeri gəlmişkən, missiyanın vaxtının uzadılmasına Brüssel özü də Cənubi Qafqazda mövcudluq platforması kimi baxır. Buna görə də Ermənistan tərəfinin təxribatlarına belə göz yumur və şübhəsiz ki, hələ üstəlik bir “təkan” da verir. Çünki belə olmasaydı, 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətin ardınca Ermənistan tərəfi atəşkəsi pozmaq “cəsarətini” özündə tapa bilməzdi.

Bəli, Ermənistan tərəfinin son təxribatları, sərhədin bir neçə istiqamətində atəşkəsi pozması Paşinyan hakimiyyətinin məhz Avropa İttifaqı missiyasının vaxtının uzadılması üçün, yəni, guya ki, gərəkli olduğunu göstərməsi üçün bir manipulyasiya hesab olunur. Ermənistan tərəfinin məhz həmin missiyanın vaxtını uzatmaq, mövcudluğunu qorumaq üçün təxribatlara əl atdığı zərrə qədər də şübhə doğurmur. Bir sözlə, rəsmi İrəvan doğru yolu seçmək, düzgün istiqamət götürmək əvəzinə, yenə də siyasi manipulyasiyalara əl atır. Yenə də hansısa manipulyasiyalarla vaxt qazanmağa çalışır. Kor tutduğunu buraxmadığı kimi Nikol Paşinyan da, onun hakimiyyət komandası da manipulyasiya yolunu buraxmaq istəmir. Çünki bundan başqa bir addım atmaq üçün işğalçı ölkə hakimiyyətində siyasi iradə yoxdur. Sözsüz ki, belə bir siyasi iradə, yaxud qətiyyət olmadığı təqdirdə, hələ bundan sonra da siyasi manipulyasiyalara əl atılacağı gözləniləndir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Yanvar 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri