Ermənistanın istəyi müharibədirsə, cavabı ağır olacaq Açıqlama | Icma.az
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq. Ermənistanın son vaxtlarda şərti sərhəddə təxribata əl ataraq atəşkəsi pozması onu sübut e
Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, əgər Ermənistan tərəfi sülh sazişinin imzalanmasında maraqlı olsaydı, o zaman bölgədə dayanıqlı sülhə mane olan amilləri aradan qaldırılmaq istiqamətində ciddi addımlar atardı: “Lakin Ermənistan sülh danışıqlarınından spekulyasiya etməklə vaxt uzadıb bölgədə gərginliyin davam etməsinə xidmət edən fəaliyyət göstərməkdədir.
Ermənistan doğrudan da Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, o zaman sülh danışıqlarında nəzərdə tutulan 17 müddəa ilə yanaşı, Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı maddəni çıxarmalı, ATƏT-in Minsk qrupundan imtina emtəlidir.
Ermənistan Konstitusiyada dəyişiklik məsələsi üçün zamana ehtiyac olduğunu deyir.
Bəs o zaman ATƏT-in Minsk qrupunun buraxılmasına nə mane olur?
ATƏT MQ Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılmışdı, artıq belə bir problem yoxdur.
O zaman Ermənistanın ATƏT MQ-nin buraxılması barədə qərar verməməsinin səbəbi nədir? Bunu nə ilə izah edir.
Tam oxu
Xəbəri oxu