Icma.az
close
up
RU
Ermənistanın istəyi müharibədirsə, cavabı ağır olacaq Açıqlama

Ermənistanın istəyi müharibədirsə, cavabı ağır olacaq Açıqlama

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ermənistanın son vaxtlarda şərti sərhəddə təxribata əl ataraq atəşkəsi pozması onu sübut edir ki, İrəvan bölgədə sülhün təmin olunmasında deyil, gərginliyin davam etməsində maraqlıdır.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, əgər Ermənistan tərəfi sülh sazişinin imzalanmasında maraqlı olsaydı, o zaman bölgədə dayanıqlı sülhə mane olan amilləri aradan qaldırılmaq istiqamətində ciddi addımlar atardı: “Lakin Ermənistan sülh danışıqlarınından spekulyasiya etməklə vaxt uzadıb bölgədə gərginliyin davam etməsinə xidmət edən fəaliyyət göstərməkdədir. Ermənistan   doğrudan da Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, o zaman sülh danışıqlarında nəzərdə tutulan 17 müddəa ilə yanaşı, Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı maddəni çıxarmalı, ATƏT-in Minsk qrupundan imtina emtəlidir. Ermənistan Konstitusiyada dəyişiklik məsələsi üçün zamana ehtiyac olduğunu deyir. Bəs o zaman ATƏT-in Minsk qrupunun buraxılmasına nə mane olur? ATƏT MQ Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılmışdı, artıq belə bir problem yoxdur. O zaman Ermənistanın ATƏT MQ-nin buraxılması barədə qərar verməməsinin səbəbi nədir? Bunu nə ilə izah edir. Bu bir daha onu göstərir ki, Ermənistan sülhdə maraqlı deyil. Əksinə, şərti sərhəddə təxribata əl atmaqla bölgədə gərginliyi artırır. Amma Ermənistan unutmamalıdır ki, Azərbaycanın səbrinin də bir həddi var və bir daha bölgədə revanşizmin baş qaldırmasına imkan verməyəcək. “Dəmir yumruq” yerindədir. Azərbaycanın istəyi bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx əməkdaşlıq formatının yaranmasında maraqlıdır. Siyasətini də bu istiqamətdə qurub. Bu gün sülh Azərbaycandan çox üzləşdiyi ağır durumdan çıxmaq üçün Ermənistanın özünə lazımdır. Amma Ermənistanın və havadarlarının istəyi müharibədirsə, bu lazımi məqam yetişəndə Azərbaycan ordusu revanşistlərin dərsini verəcək. Bu dərsin nəticəsi Ermənistan üçün ağır olacaq”.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Aprel 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri