Ermənistanın “qızıl layihəsi” regiona ekoloji fəlakət gətirir | Icma.az
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi problemə çevrilib.
Bu səbəblərdən də ekoloji problemlər beynəlxalq gündəmdə ön plana çıxır.
Buna baxmayaraq, Hayastan bütün Cənubi Qafqazın ekologiyasına zərərli təsir göstərən addımlar atmaqda davam edir.
Ermənistan hökuməti Amulsar qızıl mədəninin istismarı üçün 150 milyon dollar büdcə zəmanəti verib.
Layihə ölkə tarixində ən böyük beynəlxalq investisiya proqramı adlandırılıb.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin Facebook səhifəsində yayılan məlumatda deyilir: “ABŞ səfirliyi Ermənistanda Amulsar mədəni proqramının bərpasını alqışlayır.
Layihə sayəsində iqtisadiyyata milyonlarla dollar sərmayə qoyulacaq, iş yerləri yaradılacaq və ABŞ ilə Ermənistana firavanlıq gətirəcək”.
Tam oxu
Xəbəri oxu