Icma.az
close
up
RU
Ermənistanın “qızıl layihəsi” regiona ekoloji fəlakət gətirir

Ermənistanın “qızıl layihəsi” regiona ekoloji fəlakət gətirir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi problemə çevrilib. Bu səbəblərdən də ekoloji problemlər beynəlxalq gündəmdə ön plana çıxır. Buna baxmayaraq, Hayastan bütün Cənubi Qafqazın ekologiyasına zərərli təsir göstərən addımlar atmaqda davam edir.

Ermənistan hökuməti Amulsar qızıl mədəninin istismarı üçün 150 milyon dollar büdcə zəmanəti verib. Layihə ölkə tarixində ən böyük beynəlxalq investisiya proqramı adlandırılıb. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin Facebook səhifəsində yayılan məlumatda deyilir: “ABŞ səfirliyi Ermənistanda Amulsar mədəni proqramının bərpasını alqışlayır. Layihə sayəsində iqtisadiyyata milyonlarla dollar sərmayə qoyulacaq, iş yerləri yaradılacaq və ABŞ ilə Ermənistana firavanlıq gətirəcək”.

Açıqlamada daha sonra bildirilir ki, Ermənistan Amerika biznesi üçün açıqdır. ABŞ səfirliyi daha firavan gələcək naminə birgə işlərə dəstək verməyə hazırdır.

Qeyd edək ki, ərazidə kəşfiyyat işləri Britaniya–Amerika şirkəti “Lydian Armenia” tərəfindən aparılıb. İlk dəfə 2005-ci ildə Amulsarda qızıl yataqları aşkar edilib. Yataq Cermuk şəhərindən 13 kilometr aralıda, Ermənistanın cənub-şərqində, Arpaçay və Bərgüşad çayları arasında yerləşir. 2012-ci ildə şirkət o vaxt Serj Sarkisyanın rəhbərlik etdiyi hökumətlə yatağın işlənməsinə dair müqavilə imzalayıb. Amma qızıl mədənində görülən işlər 2018-ci ildə etiraz aksiyaları səbəbindən dayandırılıb.

Ekoloqlar mədənin inkişaf planının cəlbediciliyi ilə bağlı hökumətin açıqlamalarını ciddi qəbul etməyib. Onlar o zamanlar ölkə hökumətinin Amulsar yatağının istismarı layihəsini ekoloji risklərin ilkin təhlili aparılmadan, “Lidian Armenia” şirkətinin qiymətləndirmələrinə əsaslanaraq təsdiqləməsindən narazı idilər. Bu şirkətin mütəxəssisləri tərəfindən təhlükəsizliyə verilən təminatları etibarsız sayıblar. Daha doğrusu, yatağın istismarının çaylarda suyun oksidləşməsinə səbəb ola biləcəyindən ehtiyat ediblər. Ekoloqlara görə, qızıl istehsalında natrium siyanidin istifadəsi biomüxtəlifliyə və su ehtiyatlarına təhlükə törədəcək, Arpaçay və Bərgüşad çaylarında suyu çirkləndirməklə onu içməli və suvarma üçün yararsız hala salacaq. Onlar həm də mədənin istismarının Cermuk mineral bulaqlarına və Sevan ekosisteminə zərər verəcəyindən narahat olurlar.

İstehlakçı Məsləhət mərkəzinin sədri Karen Çilingaryan deyib: “Mədənin istismarı ətraf mühitə ciddi ziyan vuracaq. Bunu aradan qaldırmaq üçün uzun illər lazım gələcək. Ermənistanın iqtisadi inkişafın mütərəqqi yolunu deyil, mineral ehtiyatların işlənməsini kortəbii şəkildə seçdiyinə təəssüf edirəm. Artıq sirr deyil ki, mədənlərin intensiv, bəzən nəzarətsiz istismarı fəlakətli ekoloji nəticələr doğurur”.

Çilingaryan həm də deyib ki, “Lidian Armenia” ilə müqaviləni ləğv etmək çətindir: “Paşinyan hökuməti dilemma ilə üzləşib. Ya mədənin istismarına razılıq verməli, ya da müqaviləni pozmalı idi. Müqaviləyə xitam verilməsi ölkəni inanılmaz cərimələr və etibarlı tərəfdaş kimi reytinqinin aşağı düşməsi təhlükəsi ilə qarşı-qarşıya qoyardı. Əgər “Lidian Armenia” beynəlxalq arbitraj məhkəməsinə iddia qaldırarsa, ölkə təxminən 700 milyon dollar (Bəzi hesablamalara görə, şirkət layihəyə 400 milyon dollar sərmayə qoyub) cərimə ödəməli olacaqdı. Lakin investorlar məhkəməyə müraciət etmədilər.

Paşinyan hökuməti ikinci yolu seçməli oldu. Bu yol ekoloji ziyana baxmayaraq onun istismarına razılıq verilməsi idi. Sonda bu yol seçildi: “Qızıl hasilatı bahalı işdir, odur ki, bununla yalnız iri maliyyə sahibləri olanlar məşğul ola bilərlər. Güclü iqtisadiyyata və siyasi potensiala malik olmayan bir ölkə iri beynəlxalq şirkətlər qarşısında acızdir. Məncə, məhz buna görə Paşinyan başqa cür danışmağa başlayıb. Artıq bundan sonra həmin yataqda qızıl hasilatının əleyhdarlarına qarşı təzyiqlərin artmasını gözləmək olar”.

Onu da qeyd edək ki, mədənin istismarına 2025-ci ilin dördüncü rübündə başlanılacaq. Yatağın istismar müddəti 10 il 4 aydır, ildə orta hesabla 200 min unsiya qızılın çıxarılması planlaşdırılır. Yataq ehtiyatlarına görə Ermənistanda ikinci yerdədir. Şirkətin məlumatına görə, burada təxminən, 73 ton qızıl, 294 ton gümüş var.

Şirkətdən o da bildirilib ki, layihənin icrası “ətraf mühitin mühafizəsi sahələrində ən yaxşı beynəlxalq standartlara uyğun...” həyata keçiriləcək. Amma bu, belə deyil. Erməni tərəfinin vədinə inanmaq olmaz. Azərbaycanlı mütəxəssislər Ermənistanın dağ-mədən müəssisələri tərəfindən ətraf mühitin kütləvi şəkildə çirkləndirilməsinə dəfələrlə diqqət çəkib və onsuz da acınacaqlı vəziyyəti daha da pisləşdirə biləcək yeni proqramın həyata keçirilməsinə qarşı dəfələrlə ciddi xəbərdarlıq ediblər. Bildiriblər ki, “Lydian Armenia” şirkətinin nəzərdə tutduğu tədbirlər yetərli deyil və su hövzələrinin çirklənməməsi riskininin qarşısını almır. Layihə nəinki Cermuxətrafı bölgələrə və Sevan gölünə, həmçinin Azərbaycan ərazisindən keçən çayların çirklənməsinə şərait yaradır. Layihənin başlanması ilə asid, metal, sulfat, nitrat və digər həyat üçün təhlükəli maddələrin Arpaçay, Bərgüşad çaylarına axacaq, nəticədə ekosistemin məhvinə şərait yaradacaq.

Bu, o deməkdir ki, qızıl yatağının istismarı nəticəsində çirklənmiş su Araz vasitəsilə Azərbaycanın əsas içməli su ehtiyatı olan Kür çayına, oradan isə dünyada nərə balıqlarının əsas arealı olan Xəzər dənizinə axıdılacaq. Beləliklə, Amulsar yatağının istismarı bütün Xəzər hövzəsi ölkələri üçün də təhlükə mənbəyi olacaqdır. Bu, problem iki qonşu ölkə çərçivəsindən çıxaracaq.

AMEA Coğrafiya İnstitutunun şöbə müdiri İsmayıl Quliyev deyib: “Arazın sol qollarından biri Həkəri çayıdır. Təəssüf olsun ki, Həkərinin sağ qolu olan, əsasən, Ermənistan ərazisində formalaşaraq respublika ərazisinə daxil olan Bərgüşad çayı müəyyən qədər çirklənməyə məruz qalır. Çünki Bərgüşad çayı üzərində Dəstəgird molibden kombinatı da vardı. O kombinatın iqtisadi əhəmiyyəti yüksək deyildi. Bu səbəbdən də ermənilər onu bağladılar. Amma müəssisənin ərazisində tullantılar var və çirklənməyə səbəb olur. Görünür, ermənilər bölgənin ekologiyasına qənim kəsiliblər. Çünki Cənubi Qafqaz onlar üçün vətən olmayıb, buraya sonradan gəlmədirlər.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Mart 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see187

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see161

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see121

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see120

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see119

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see119

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see118

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see117

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see117

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see116

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see114

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see113

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see113

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see111

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see111

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see111

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see110

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri