Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ənənəvi müxalifət, kilsə və Rusiyada yaşayan zəngin erməni biznesmenlər Ermənistan hökumətinə qarşı birləşiblər.
Hələ sovetlər zamanı kilsə xüsusi xidmət orqnlarına yaxın olub.
Eyni zamanda, erməni millətçiləri, ələlxüsus da “Qarabağ klanı”nı təmsil edənlər Rusiya hərbi kəşfiyyatına bağlı şəxslərdir.
Üstəlik, Rusiyada fəaliyyət göstərən və zənginləşən erməni biznesmenlər də Rusiyaya borcludurlar.
Odur ki, indi bu üç qüvvənin birləşməsində qeyri-adi heç nə yoxdur. Çünki onlar arasında hər zaman əməkdaşlıq olub.
Bu əməkdaşlıqda əsas məqsəd Ermənistana nəzarət etməkdir”.Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, hazırda Bakıda “Qarabağ klanı”nı təmsil edən bəzi separatçıların və hərbi cinayətdə ittiham olunanların məhkəməsi keçirilir.
A. Mollazadə ümid edir ki, günün birində indi Ermənistanda oturan separatçıların əsas rəhbərləri və Azərbaycana qarşı ağır cinayətlər törətm