Icma.az
close
up
RU
Ermənistanın rəhbər şəxsləri terrorçuların hədəfindədir

Ermənistanın rəhbər şəxsləri terrorçuların hədəfindədir

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Ənənəvi müxalifət, kilsə və Rusiyada yaşayan zəngin erməni biznesmenlər Ermənistan hökumətinə qarşı birləşiblər. Hələ sovetlər zamanı kilsə xüsusi xidmət orqnlarına yaxın olub. Eyni zamanda, erməni millətçiləri, ələlxüsus da “Qarabağ klanı”nı təmsil edənlər Rusiya hərbi kəşfiyyatına bağlı şəxslərdir. Üstəlik, Rusiyada fəaliyyət göstərən və zənginləşən erməni biznesmenlər də Rusiyaya borcludurlar. Odur ki, indi bu üç qüvvənin birləşməsində qeyri-adi heç nə yoxdur. Çünki onlar arasında hər zaman əməkdaşlıq olub. Bu əməkdaşlıqda əsas məqsəd Ermənistana nəzarət etməkdir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, hazırda Bakıda “Qarabağ klanı”nı təmsil edən bəzi separatçıların və hərbi cinayətdə ittiham olunanların məhkəməsi keçirilir. A. Mollazadə ümid edir ki, günün birində indi Ermənistanda oturan separatçıların əsas rəhbərləri və Azərbaycana qarşı ağır cinayətlər törətmiş şəxslər də müttəhimlər kürsüsündə əyləşəcəklər.
Milli Məclis üzvü bildirib ki, hazırda Ermənistan hökuməti Erməni Apostol Kilsəsinə müqavimət göstərir, onun iç üzünü erməni cəmiyyətinə göstərir: “Aydındır ki, Ermənistanda yaşayan ermənilər artıq müharibədən, qandan yorulublar. Onlar sakit və rahat yaşamaq istəyirlər. Ancaq hökumətə qarşı birləşən qüvvələrə qan, qrşıdurma, müharibə, gərginlik lazımdır”.
A. Mollazadə qeyd edib ki, hazırda Ermənistan hökumətinə qarşı birləşən qüvvələr 1999-cu ildə Ermənistan parlamentində terror həyata keçiriblər, çoxsaylı erməni siyasətçiləri aradan götürüblər: “Onların indi də belə bir yolla getməyəcəyini söyləmək yanlışlıq olardı. Hesab edirəm ki, terror hadisələri yenidən təkrarlana bilər”.
Mollazadə indiki vəziyyətdə hakimiyyətdə olan qüvvənin, xüsusilə baş nazir Nikol Paşinyanın cəmiyyətdə nüfuzunun artıb-azalması barədə konkret bir söz deməsə də, bildirib ki, bunu Ermənistanda keçiriləcək parlament seçkiləri müəyyən edəcək.
Müsahibimizin fikrincə, hazırda Ermənistan uğrunda mübarizə gedir: “Qərbin bəzi ölkələri Ermənistanda güclənmək istəyir və bu səbəbdən də Rusiyanın mövqelərini zəiflədirlər. Rusiya da bunun üçün imkan və resurslarını səfərbər edir. Bu qarşıdurmanın nəticəsini isə seçkilər müəyyən edəcək”.

Y. QACAR
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri