Ermənistanın spikerini paxıl adlandırdılar

07.05.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanla növbəti söz duelinə çıxıb.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, o, Simonyanın Belarusu “Rusiyanın quberniyası” adlandırmasına cavab olaraq bildirib:

“Belarusun iqtisadi, sənaye, istehsal və kənd təsərrüfatı sahələrində əldə etdiyi uğurlara çatmaq Alen Simonyan üçün Aya çatmaq qədər uzaqdır”.

Rusiya XİN nümayəndəsi qeyd edib ki, Simonyanın dedikləri Ermənistana heç bir pislik etməyən bir ölkənin və xalqın uğurlarına qarşı paxıllıqdır.

Bundan əvvəl Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sarkisyana nota təqdim edərək kəskin etirazını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью