Ermənistanın spikerini paxıl adlandırdılar
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanla növbəti söz duelinə çıxıb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, o, Simonyanın Belarusu “Rusiyanın quberniyası” adlandırmasına cavab olaraq bildirib:
“Belarusun iqtisadi, sənaye, istehsal və kənd təsərrüfatı sahələrində əldə etdiyi uğurlara çatmaq Alen Simonyan üçün Aya çatmaq qədər uzaqdır”.
Rusiya XİN nümayəndəsi qeyd edib ki, Simonyanın dedikləri Ermənistana heç bir pislik etməyən bir ölkənin və xalqın uğurlarına qarşı paxıllıqdır.
Bundan əvvəl Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sarkisyana nota təqdim edərək kəskin etirazını bildirib.
Baxış sayı:63
Bu xəbər 07 May 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















