Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ermənistanın sülhlə bağlı imitasiya etməsi, müqavilənin harada və nə zaman imzalanması məsələsini əsas problem kimi gündəmə daşıması ictimai rəyi çaşdırmaq məqsədi daşıyır”.Bunu Bakıvaxtı.az-a politoloq İlyas Hüseynov Ermənistanın xarisi işlər naziri Ararat Mirzoyanın “Uzun müzakirələrdən sonra sülh sazişinin mətni razılaşdırdırılıb.
İndiki məqsədimiz sülh sazişinin imzalanacağı yeri və günü təyin etməkdir.
Hesab edirik ki, münasibətlərin qurulması üçün bu bir başlanğıcdır" sözlərinə münasibət bildirərkən deyib.Ekspert bildirib ki, sülh üçün konseptual yanaşma lazımdır və düşüncədən tutmuş davranışlara qədər hər şey sinxronluq təşkil etməlidir.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq hüquqa uyğun, legiim və haqlı tələbləri mütləq, qeyd-şərtsiz icra olunmalıdır:“Düzdür, bir proses çərçivəsində, bir gündə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı hüquqi sənəd imzalana bilər.
Bu, dövlətlərin öz baxışlarından və sülhə dair mövqelərindən asılıdır.
Lakin Minsk qrupunun ləğvini iki dövlətin siyasi iradəsi ilə bir vahid sənəddə reallaşdırmaq o qədər də asan deyil.
Çünki ATƏT-in özü konsensus əsasında fəaliyyət göstərir. Orada üzv dövlətlərin bu məsələyə səs verməsi önəmlidir.