Ermənistanın Sülh Şurası seçimi real prosesdən çox siyasi mesajdır | Icma.az
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gələn “Sülh Şurası”na qoşulmaq təklifini qəbul etməsi regional siyasi müzakirələrə yeni mövzu əlavə edib.Bu addım zahirən sülh təşəbbüsü kimi təqdim olunsa da, onun arxasında daha geniş geosiyasi hesablamaların dayandığı aydın görünür.
Xüsusilə Cənubi Qafqazın həssas siyasi balansı fonunda Ermənistanın bu cür platformalarda iştirakı müxtəlif suallar doğurur.
Təşəbbüsün real təsir imkanları, iştirakçı ölkələrin motivasiyası və regional sülh prosesinə mümkün təsirləri diqqət mərkəzindədir.
Bu mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Züriyə Qarayeva bildirib ki, Paşinyanın “Sülh Şurası”na qoşulmaq qərarı ilk növbədə Ermənistanın beynəlxalq siyasi varlığını gücləndirmək cəhdidir.
Onun sözlərinə görə, Paşinyan bu addımla Ermənistanı qlobal sülh diskursunun bir hissəsi kimi təqdim etməyə çalışır:"Lakin real təsir imkanları baxımından bu platforma hələlik qeyri-müəyyəndir.
Ermənistan üçün bu, təhlükəsizlik zəmanəti deyil, siyasi imic məsələsidir.
Eyni zamanda, bu qərar İrəvanın xarici siyasətdə yeni dayaq nöqtələri axtardığını göstərir.
Tam oxu
Xəbəri oxu