Icma.az
close
up
RU
Ermənistanın Sülh Şurası seçimi real prosesdən çox siyasi mesajdır

Ermənistanın Sülh Şurası seçimi real prosesdən çox siyasi mesajdır

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gələn “Sülh Şurası”na qoşulmaq təklifini qəbul etməsi regional siyasi müzakirələrə yeni mövzu əlavə edib.

Bu addım zahirən sülh təşəbbüsü kimi təqdim olunsa da, onun arxasında daha geniş geosiyasi hesablamaların dayandığı aydın görünür. Xüsusilə Cənubi Qafqazın həssas siyasi balansı fonunda Ermənistanın bu cür platformalarda iştirakı müxtəlif suallar doğurur. 

Təşəbbüsün real təsir imkanları, iştirakçı ölkələrin motivasiyası və regional sülh prosesinə mümkün təsirləri diqqət mərkəzindədir. 

Bu mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Züriyə Qarayeva bildirib ki, Paşinyanın “Sülh Şurası”na qoşulmaq qərarı ilk növbədə Ermənistanın beynəlxalq siyasi varlığını gücləndirmək cəhdidir. Onun sözlərinə görə, Paşinyan bu addımla Ermənistanı qlobal sülh diskursunun bir hissəsi kimi təqdim etməyə çalışır:

"Lakin real təsir imkanları baxımından bu platforma hələlik qeyri-müəyyəndir. Ermənistan üçün bu, təhlükəsizlik zəmanəti deyil, siyasi imic məsələsidir. Eyni zamanda, bu qərar İrəvanın xarici siyasətdə yeni dayaq nöqtələri axtardığını göstərir. Amma bu axtarışların konkret nəticə verib verməyəcəyi açıq sualdır".

Bu addımın Ermənistan-ABŞ münasibətlərində dəyişikliklərə yol aça biləcəyi dəyişikliklərə gəlincə, müsahibimiz deyir ki,  Ermənistan- ABŞ münasibətlərində bu addım simvolik yaxınlaşma effekti yaradır. Vaşinqton Ermənistanı daha geniş siyasi platformalara cəlb etməklə təsir imkanlarını artırmaq istəyir. Ermənistan isə bunu alternativ tərəfdaşlıq kimi görür:

"Lakin bu münasibətlər strateji ittifaq səviyyəsinə yüksəlmir. ABŞ üçün Ermənistan regional alət, Ermənistan üçün isə ABŞ siyasi dayaqlardan biridir. Bu münasibətlər hələlik maraqların kəsişdiyi məhdud çərçivədə qalır".

 Züriyə Qarayeva: ABŞ üçün Ermənistan regional alətdir  

"Bəs Azərbaycan bu təşəbbüsə qoşularsa, bu, region üçün nə vəd edə bilər" sualını cavablandıran Z.Qarayeva bildirib ki,  Azərbaycanın iştirakı bu cür platformaya daha real məzmun qazandıra bilər. Dediyinə görə, Bakı artıq regionda sülh prosesinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Bu cür platformalarda iştirak Azərbaycanın mövqelərini beynəlxalq müstəvidə daha aydın təqdim etməyə imkan verər. Eyni zamanda, Azərbaycan üçün bu, yeni öhdəliklərdən çox mövcud siyasətin izah platforması ola bilər. Əgər proses real mexanizmlərlə müşayiət olunmazsa, iştirak simvolik xarakter daşıyacaq. Buna görə də Azərbaycan üçün əsas meyar nəticəyönümlü mexanizmlərin olub olmamasıdır.

“Sülh Şurası”nın real gücü və perspektivindən də danışan həmsöhbətimiz qeyd edib ki, bu cür şuraların real gücü hüquqi səlahiyyətlərdən çox siyasi iradədən asılıdır. "Hazırda “Sülh Şurası” daha çox məsləhətçi və koordinasiya xarakteri daşıyır. Onun məcburedici qərarvermə mexanizmi yoxdur. Bu isə real nəticələr əldə etməyi çətinləşdirir. Əgər təşəbbüs paralel diplomatik proseslərlə uzlaşdırılmasa, formal platformaya çevrilə bilər. Yəni perspektiv iştirakçıların bu formatı real siyasətə çevirmək istəyindən asılıdır", - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Yanvar 2026 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri