Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paşinyanın Avropa israrı Ermənistana baha başa gələ bilərErmənistanın Avropa İttifaqına (Aİ) qoşulması məsələsi uzun müddət siyasi dialoq səviyyəsində qalsa da, son illərdə bu istiqamətdə atılan addımlar prosesin yeni mərhələyə keçdiyini göstərir.
Xüsusilə 2023-cü ildən etibarən Ermənistan rəsmiləri Avropa İttifaqı ilə münasibətləri daha da genişləndirmək istədiklərini açıq şəkildə bəyan ediblər.
Həmçinin 2025-ci ildə parlament qanun qəbul etməklə, bu niyyəti rəsmi dövlət strategiyası səviyyəsinə qaldırıb.
Onu da qeyd edək ki, Ermənistan 2015-ci ildən Avrasiya İqtisadi İttifaqına üzvdür.
Lakin Rəsmi İrəvanın Avropa İttifaqına qoşulması, Avrasiya İqtisadi İttifaqındakı üzvlüyü ilə ziddiyyət təşkil edir.
Çünki Aİİ vahid gömrük ittifaqıdır. Təşkilata üzv ölkələr üçün ortaq xarici tariflər, vahid gömrük siyasəti tətbiq olunur.
Aİ-da eyni prinsiplər üzərində qurulmuş gömrük təşkilatıdır. Faktiki olaraq Ermənistan iki fərqli gömrük ittifaqının üzvü ola bilməz.