Icma.az
close
up
RU
Ermənistanın taleyi sülh müqaviləsindən asılıdır TƏHLİL

Ermənistanın taleyi sülh müqaviləsindən asılıdır TƏHLİL

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paşinyanın Avropa israrı Ermənistana baha başa gələ bilər

Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması məsələsi uzun müddət siyasi dialoq səviyyəsində qalsa da, son illərdə bu istiqamətdə atılan addımlar prosesin yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə 2023-cü ildən etibarən Ermənistan rəsmiləri Avropa İttifaqı ilə münasibətləri daha da genişləndirmək istədiklərini açıq şəkildə bəyan ediblər. Həmçinin 2025-ci ildə parlament qanun qəbul etməklə, bu niyyəti rəsmi dövlət strategiyası səviyyəsinə qaldırıb. Onu da qeyd edək ki, Ermənistan 2015-ci ildən Avrasiya İqtisadi İttifaqına üzvdür. Lakin Rəsmi İrəvanın Avropa İttifaqına qoşulması, Avrasiya İqtisadi İttifaqındakı üzvlüyü ilə ziddiyyət təşkil edir. Çünki Aİİ vahid gömrük ittifaqıdır. Təşkilata üzv ölkələr üçün ortaq xarici tariflər, vahid gömrük siyasəti tətbiq olunur. Aİ-da eyni prinsiplər üzərində qurulmuş gömrük təşkilatıdır. Faktiki olaraq Ermənistan iki fərqli gömrük ittifaqının üzvü ola bilməz. Məsələnin geosiyasi ölçüsü də diqqətdən kənarda qalmayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan yaxın vaxtlarda Avropa İttifaqı ilə yeni strateji tərəfdaşlıq gündəliyi imzalasa da, iki təşkilata üzv olması bir-birinə ziddir.

Mövzu ilə bağlı politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında bildirib ki, Ermənistanın xarici siyasət kursu son illər açıq şəkildə Qərbyönlü istiqamətdə formalaşır:

“Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə ABŞ-nin himayəsi altında gəlib. Rəsmi İrəvanın həm daxili, həm də xarici siyasətində Vaşinqtonun təsiri açıq şəkildə hiss olunur. ABŞ tərəfindən gələn təlimat əsasında Ermənistan kollektiv Təhlükəsizlik Təşkilatını boykot edir. Ölkə formal olaraq təşkilatın üzvü qalsa da, iclaslarda iştirak etmir. Paralel olaraq Ermənistan Avropaya inteqrasiya kursunu gücləndirməyə çalışır. Lakin Avropa İttifaqı ilə Rusiya arasında dərinləşən geosiyasi qarşıdurma çərçivəsində, İrəvanın bu istiqamətdə atdığı addımlar ciddi risklər yaradacaq. Paşinyan Avropa İttifaqına inteqrasiya kursunda israrlı olacağı təqdirdə, Avrasiya İqtisadi İttifaqı və KTMT-də qalmaq məsələsi ilə bağlı strateji seçim etməlidir”.

Politoloqun sözlərinə görə, Ermənistanın Avropa İttifaqına qoşulması üçün qonşularla münasibətləri normallaşdırması zəruridir:

“Ermənistanın gələcək siyasi taleyi əsasən 2026-cı ildə keçiriləcək, parlament seçkilərindən asılıdır. Əgər Paşinyan seçkilərdən sonra hakimiyyətdə qalsa, Ermənistanın Qərbyönlü siyasəti daha aktiv fazaya keçəcək. Bununla yanaşı, Avrasiya İqtisadi İttifaqından çıxmaq Ermənistan üçün ağır iqtisadi nəticələr doğura bilər. Çünki ölkənin iqtisadi sistemi birliyə daxil olan Rusiya ilə qarşılıqlı əməkdaşlıq şəraitində formalaşıb. Həmçinin Ermənistanın Avropaya inteqrasiya perspektivləri birbaşa regiondakı qonşularla, xüsusilə Türkiyə və Azərbaycanla münasibətlərdən asılıdır. Avropa İttifaqına inteqrasiya üçün Türkiyə ilə sərhədlərin açılması əsas şərtdir. Bu isə Ermənistanın Azərbaycanla yekun sülh müqaviləsini imzalamasından asılıdır”.

A.Məsiyevin qənaətinə görə, Ermənistanın Avropaya inteqrasiya cəhdləri Rusiyanın maraqlarına zidd istiqamətdə inkişaf edir:

“Avropa İttifaqı ilə əməkdaşlıq nə Rusiya, nə də Azərbaycan əleyhinə yönəlməməlidir. İndiyədək Ermənistanın xarici siyasi fəaliyyəti müxtəlif mərhələlərdə Azərbaycan və Rusiya əleyhinə istiqamətlənib. Mövcud proseslər göstərir ki, Avropaya inteqrasiya cəhdləri Rusiyanın maraqlarına zidd istiqamətdə inkişaf edir. Avropa İttifaqının postsovet ölkələrindən üçüncü dövlətlərə qarşı geosiyasi təzyiq aləti kimi istifadə etmək istəyi Gürcüstan nümunəsində açıq şəkildə müşahidə olunub. Gürcüstanın Baş naziri dəfələrlə bəyan edib ki, Avropa İttifaqı ölkədən Rusiya ilə “ikinci cəbhə”nin açılmasını tələb edib. Oxşar ssenarinin rəsmi İrəvan üzərindən Rusiyaya qarşı tətbiq edilməsi ehtimalı istisna edilmir. Belə bir vəziyyət yaranacağı təqdirdə, ən böyük zərəri məhz Ermənistan görəcək”.

Aybəniz Səfərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Yanvar 2026 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri