Ermənistanın xəyal qırıqlığı... | Icma.az
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Revanşizm mövqeyindən çıxış edən məğlub Ermənistanın postmüharibə dövründə özünə güclü müttəfiqlər tapmaq üçün sərgilədiyi çabalar bir nəticə vermir.
Fransanın, şəxsən Makronun Ermənistana “əbədi sevgisi” hələ öz qüvvəsində qalsa da, Nikol Paşinyan kollektiv Qərbin drayver qüvvəsi olan ABŞ-dan, daha dəqiq desək, Tramp administrasiyasından istədiyini ala bilmir.
Ağ Evdə məlum administrasiya dəyişikliyinin nəticəsi olaraq Bayden dönəminin başa çatması ilə ABŞ-ın xarici siyasətində ciddi korrektələr müşahidə edilir ki, bundan ciddi şəkildə təsirlənən ölkələr sırasında Ermənistan da var.
ABŞ-ın yeni administrasiyasının ögey münasibətindən qaynaqlanan məyusluq Məsələnin mahiyyəti ondan ibarətdir ki, keçmiş administrasiya dönəmində Ermənistan Ağ Evin bir növ əziz-xələfinə çevrilmişdi.
Ağ Evin keçmiş siyasi rəhbərliyinin xüsusi simpatiyası nəzərə alınmaqla ABŞ-ın bütün idarəetmə strukturlarında Ermənistanın istəklərinə “yaşıl işıq” yandırılırdı.
Cənubi Qafqazdakı reallıqlar fonunda rəsmi İrəvana açıq-aşkar selektiv yanaşma sərgilənirdi.
Erməni lobbisinə bağlı olan parlamentarilərin canfəşanlığı sayəsində Senatda Ermənistanın əsassız müdafiəsini hədəfləyən bir neçə qərəzli qətnamə qəbul olundu.
Tam oxu
Xəbəri oxu