Icma.az
close
up
RU
Ermənistanın xəyal qırıqlığı...

Ermənistanın xəyal qırıqlığı...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Revanşizm mövqeyindən çıxış edən məğlub Ermənistanın postmüharibə dövründə özünə güclü müttəfiqlər tapmaq üçün sərgilədiyi çabalar bir nəticə vermir. Fransanın, şəxsən Makronun Ermənistana “əbədi sevgisi” hələ öz qüvvəsində qalsa da, Nikol Paşinyan kollektiv Qərbin drayver qüvvəsi olan ABŞ-dan, daha dəqiq desək, Tramp administrasiyasından istədiyini ala bilmir. Ağ Evdə məlum administrasiya dəyişikliyinin nəticəsi olaraq Bayden dönəminin başa çatması ilə ABŞ-ın xarici siyasətində ciddi korrektələr müşahidə edilir ki, bundan ciddi şəkildə təsirlənən ölkələr sırasında Ermənistan da var.

ABŞ-ın yeni administrasiyasının ögey münasibətindən qaynaqlanan məyusluq

Məsələnin mahiyyəti ondan ibarətdir ki, keçmiş administrasiya dönəmində Ermənistan Ağ Evin bir növ əziz-xələfinə çevrilmişdi. Ağ Evin keçmiş siyasi rəhbərliyinin xüsusi simpatiyası nəzərə alınmaqla ABŞ-ın bütün idarəetmə strukturlarında Ermənistanın istəklərinə “yaşıl işıq” yandırılırdı. Cənubi Qafqazdakı reallıqlar fonunda rəsmi İrəvana açıq-aşkar selektiv yanaşma sərgilənirdi. Erməni lobbisinə bağlı olan parlamentarilərin canfəşanlığı sayəsində Senatda Ermənistanın əsassız müdafiəsini hədəfləyən bir neçə qərəzli qətnamə qəbul olundu. C.Bayden administrasiyası Ermənistanın müxtəlif istiqamətlərdə dəstəklənməsi məqsədilə böyük məmnuniyyətlə maliyyə vəsaitləri ayırırdı.

Erməni lobbisinin güclü aktivliyinin nəticəsi olaraq Bayden administrasiyası Ermənistana son yaxşılığını (və həm də pisliyini - red.) hakimiyyətdən getməsinə saylı günlər qalmış etdi. Söhbət yanvarın 14-də Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanmasından gedir. Xartiyanın məzmunundan o qənaət hasil olur ki, ABŞ Ermənistanın suverenliyinin təminatçısı missiyasını öz üzərinə götürür. ABŞ tərəfdən sənədi imzalayan sabiq dövlət katibi Antoni Blinken  xartiyanın imzalanmasını iki ölkə arasında münasibətlərdə “mühüm mərhələ” kimi səciyyələndirərək vurğulayıb. “Biz ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq. Bu, bizə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək imkanı verir. Buraya iqtisadi, təhlükəsizlik və müdafiə məsələləri, demokratiya, insan haqları kimi məsələlər daxildir”. 

Eyni zamanda, sənədin imzalanması mərasimində A.Blinken bildirmişdi ki, sərhəd təhlükəsizliyi məsələləri ilə bağlı işləmək üçün yaxın həftələrdə Amerika ekspertlərinin Ermənistana gələcəyi gözlənilir. Aradan xeyli vaxt ötüb. Ancaq amerikalı ekspertlərin Ermənistana gəlişi ilə bağlı Ağ Evdə, Pentaqonda hansısa müzakirələr aparılmır. Günlər, həftələr ötdükcə Paşinyan komandasının təmsilçilərinin ümidləri də azalır. Rəsmi İrəvanın gözünü yollardan çəkməməsi öz yerində, Tramp administrasiyasının Ermənistana münasibətdə ögeyliyi cəmiyyətdə də dərin inamsızlıq yaradıb. Məsələn, İrəvan Geosiyasi Klubunun sədri, politoloq Arman Boşyan “ABŞ-ın sərhəd və gömrük nəzarəti üzrə mütəxəssislərdən ibarət “missiyasının” niyə hələ də İrəvana gəlmədiyi” barədə sualı şərh edərkən deyib ki, bu,  prezident Trampın komandasının yanaşmaları ilə bağlıdır. Boşyanın sözlərinə görə, dünyada baş verən tektonik dəyişikliklər kontekstində Ermənistanla bağlı məsələlər və layihələr Rusiya ilə razılaşdırıldıqdan sonra həyata keçiriləcək. Boşyan hesab edir ki, Vaşinqtondakı yeni komanda Moskvaya baxmadan İrəvanla heç bir razılaşmanı həyata keçirməyəcək. “Yeni administrasiya ABŞ-ın xarici siyasətinə yeni ideologiya gətirib. Bu, texnokratların ideologiyasıdır. Yeri gəlmişkən, Trampla Zelenski arasında Vaşinqtonda baş tutan  görüşdə yaşananlar əvvəlki sistemin dağıdılmasını və əvvəlki oyun qaydalarının ləğvini göstərir”, - deyə Boşyan vurğulayıb.

Rəsmi İrəvanın digər bir narahatçılığı ABŞ-da USAID ətrafında baş verənlər sarıdandır. Bəli, C.Bayden administrasiyasının Ermənistana xüsusi simpatiyasını həmçinin USAID-in bu ölkəyə ayırdığı vəsaitlərin həcmini getdikcə artırması bir daha təsdiqləyirdi. 2024-cü ilin sentyabr ayında qurum Ermənistana beşillik yardım paketini 120 milyon dollardan 250 milyon dollara qədər artırdığını elan edib.  Bu yardımların əsas məqsədinin  guya  Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək vermək olduğu, maliyyə vəsaitinin təbii fəlakətlərdən qorunma, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrə yönəldiləcəyi bildirilirdi. USAID-in Ermənistana ayırdığı maliyyə yardımı ABŞ-ın “Xarici Hərbi Maliyyələşdirmə” proqramı ilə əlaqələndirilirdi. Bundan əlavə, USAID Ermənistanda davam edən insan haqları problemlərinin həlli üçün 2,5 milyon dollar ayıracağının vədini vermişdi. Vəsait guya LGBT fərdlərinin hüquqlarının müdafiəsinə, gender əsaslı zorakılıqla mübarizə və digər tədbirlərə xərclənəcəkdi. Tramp administrasiyasının məlum gedişlərindən sonra Paşinyan komandasının USAID ilə bağlı ümidləri də sulara qərq olub. USAID-in hansı çirkin fəaliyyətlərlə məşğul olduğu artıq bütün dünyaya məlumdur. Bu çirkin fəaliyyətdən Ermənistanın da adı keçir ki, bu da başqa bir söhbətin mövzusudur.

Paşinyan komandasının “U” dönüşü

Ermənistanın həm dövlət, həm də cəmiyyət olaraq daim fürsətcillik etdiyi hər kəsə bəllidir. Heç vaxt müstəqil siyasət aparmayan bu ölkə bir qayda olaraq başqalarının çətiri altında daldalandıqda özünü xoşbəxt sanır. Ağ Evdə administrasiya dəyişikliyindən sonra N.Paşinyan tələm-tələsik Vaşinqtona səfərə getdi. Məqsəd yenə də ermənisayağı idi - yazıqlanaraq yeni administrasiyanın, Trampa yaxın fiqurların qılığına girib onların da saqqızını oğurlamaq. Əvvəlcədən hökumət rəhbərinin Vaşinqton səfəri barədə böyük ajiotaj yaradılmışdı, cəmiyyət Tramp administrasiyasının da Ermənistan rəhbərliyinə rəğbətlə yanaşacağına ümidləndirilmişdi. Səfərin nəticəsizliyi isə bütün ümidlərin əbəs olduğunu ortaya qoydu. Erməni lobbisinin səylərinə baxmayaraq, Paşinyana Vaşinqtonda önəmli bir görüşə qatılmaq müyəssər olmadı, onu hər yerdə qapı arxasında saxladılar.

Baş verənlər fonunda rəsmi İrəvanın siyasi kursunda “U” dönüşü etməyə hazırlaşdığı barədə xəbərlər gəlməkdədir. Artıq Ermənistanın Avropa İttifaqına üzvlük məsələsində tərəddüdlər etdiyi bildirilir.. “Hraparak” nəşri yazır ki, Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq prosesinin başlanması haqqında qanun layihəsinin ikinci oxunuşda qəbulunu 2 ay müddətinə uzadıb. Hətta layihənin ümumiyyətlə təxirə salındığı haqda da məlumatlar var.  “Artıq bir neçə gündür Xarici İşlər Nazirliyinə rusiyalı həmkarları ilə paralel əlaqələri və əməkdaşlığı bərpa etmək tapşırılıb. Təbii ki, bir müddət rusofobik hisləri şifahi səviyyədə saxlayacaqlar, lakin reallıqda fərqli hərəkət edəcəklər. Parlamentin spikeri Alen Simonyanın MDB Parlamentlərarası Assambleyasının II Dünya müharibəsində qələbənin 80-ci ildönümünə həsr olunmuş iclasında iştirakı da təsdiqlənib”, - deyə nəşr rəsmi İrəvanın “U” dönüşü istiqamətində konkret addımlar atdığına diqqət çəkib.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Mart 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri