Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən iki gün sonra Nikol Paşinyan sosial media hesabında Ermənistanın guya regionda sülhün bərqərar olmasının tərəfdarı olduğu barədə, bunun üçün də ATƏT-in Minsk Qrupunun ləğvi də daxil olmaqla müxtəlif təkliflərlə çıxış edib.
Halbuki, rəsmi Bakı keçmiş Qarabağ münaqişəsinin həlli üçün 33 il əvvəl yaradılmış Minsk qrupunun ləğvini 44 günlük savaşdan sonra irəli sürüb.
Çünki Ermənistanın 30 illik münaqişəni dondurmaq cəhdlərinə baxmayaraq, Azərbaycan Vətən müharibəsi və 2023-ci il antiterror tədbirləri ilə Qarabağ məsələsini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll etdi.
Ona görə də keçmiş münaqişənin həlli istiqamətində real və səmimi addımlar atmayan Minsk qrupunun mövcudluğu nəyə lazımdır?
Nikol Paşinyanın ölkəmizin tələbini bu yaxınlarda yeni bir məsələ kimi gündəmə gətirməsi beynəlxalq vəziyyətin dəyişməsi və başqa reallıqların formalaşması səbəbindən olduğunu ehtimal etmək olar”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında Elmir Səftərov bildirib.
O qeyd edib ki, Ermənistanın regiondakı əsas dəstəkçilərinin nüfuz itirməsi və ya uzaqlaşması, dünyada yaranan yeni reallıqlar, həmçinin Türkiyənin artan siyasi-hərbi gücü səbəbindən İrəvan anlayır ki, müəyyən güzəştlərə getmək onun da xeyrindədir:“Ümumilikdə isə N.Paşinyanın Minsk qrupunun buraxılması ilə bağlı təklifi Azərbaycanın daha bir tələbinin həyata keçirilməsi kimi qiymətləndirilir.