Icma.az
close
up
RU
Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir TƏHLİL

Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir TƏHLİL

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən iki gün sonra Nikol Paşinyan sosial media hesabında Ermənistanın guya regionda sülhün bərqərar olmasının tərəfdarı olduğu barədə, bunun üçün də ATƏT-in Minsk Qrupunun ləğvi də daxil olmaqla müxtəlif təkliflərlə çıxış edib. Halbuki, rəsmi Bakı keçmiş Qarabağ münaqişəsinin həlli üçün 33 il əvvəl yaradılmış Minsk qrupunun ləğvini 44 günlük savaşdan sonra irəli sürüb. Çünki Ermənistanın 30 illik münaqişəni dondurmaq cəhdlərinə baxmayaraq, Azərbaycan Vətən müharibəsi və 2023-ci il antiterror tədbirləri ilə Qarabağ məsələsini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll etdi. Ona görə də keçmiş münaqişənin həlli istiqamətində real və səmimi addımlar atmayan Minsk qrupunun mövcudluğu nəyə lazımdır?  

Nikol Paşinyanın ölkəmizin tələbini bu yaxınlarda yeni bir məsələ kimi gündəmə gətirməsi beynəlxalq vəziyyətin dəyişməsi və başqa reallıqların formalaşması səbəbindən olduğunu ehtimal etmək olar”. 


Bu fikirləri “Sherg.az”a açıqlamasında Elmir Səftərov bildirib. 


O qeyd edib ki, Ermənistanın regiondakı əsas dəstəkçilərinin nüfuz itirməsi və ya uzaqlaşması, dünyada yaranan yeni reallıqlar, həmçinin Türkiyənin artan siyasi-hərbi gücü səbəbindən İrəvan anlayır ki, müəyyən güzəştlərə getmək onun da xeyrindədir:


“Ümumilikdə isə N.Paşinyanın Minsk qrupunun buraxılması ilə bağlı təklifi Azərbaycanın daha bir tələbinin həyata keçirilməsi kimi qiymətləndirilir. Nikol Paşinyan paylaşımında silahlara qarşılıqlı nəzarət mexanizmlərinə də toxunub. Bundan əvvəl də oxşar məsələni gündəmə gətirən baş nazir bununla sərhəddən qoşunların güzgü şəklində çıxarılmasını hədəfləyir. Ermənistan səmimidirsə və başqa planı yoxdursa, ilk növbədə, öz sərhədindəki Avropa İttifaqının missiyasının vaxtının uzadılmamasına səy göstərməlidir. Lakin Ermənistan hökumətinin Avropa İttifaqına daxil olması prosesinə başlamaq haqqında qanun layihəsini təsdiqləməsi fonunda bu addımı atması real görünmür. Belə anlaşılır ki, Ermənistanın bu mövqeyi qismən eskalasiya riski ilə bağlıdır. Çünki növbəti erməni təxribatı nəticəsində qarşıdurma riski Avropa müşahidəçilərinə zərər dəyməsi və bu məsələnin ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunması Ermənistanın çirkin hədəfləri sırasındadır.   

Ermənistan də anlayır ki, davamlı və həqiqi sülhün təmin olunması üçün 17 maddədən ibarət sənədin imzalanmasından daha çox səmimi münasibət lazımdır. Amma məğlub və kapitulyasiyaya imza atan və ona əməl etməyən Ermənistanın yersiz ambisiyası müzakirə edilən sülh müqaviləsinin perspektivlərinə və mövcud vəziyyətinə mənfi təsir göstərir. İrəvanın böyük ölçüdə hücum silahları alması, normativ-hüquqi aktlarındakı ölkəmizə qarşı ərazi iddialarını çıxarmaması və müqaviləyə maneələr yaratması fonunda regionda eskalasiya riski qalmaqdadır. Buna görə də geosiyasi dəyişikliklər səbəbindən müəyyən qədər beynəlxalq dəstəyi azalan Ermənistan sülh danışıqlarında öz mövqelərini gücləndirmək üçün yeni xarici dəstək axtarışındadır.

Bu baxımdan da mütləq sülh sazişi ölkəmizin əsaslı və haqlı tələbələrinin yerinə yetirilməməsi- Ermənistanda konstitusiya dəyişiklikləri və kommunikasiyaların açılması-səbəbindən yaxın vaxtlarda az ehtimal olunur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Yanvar 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri