Ermitajın əsas girişi aparılan yoxlamalardan sonra açıq elan edilib | Icma.az
Icma.az, Azertag portalına istinadən məlumat verir. Bakı, 30 yanvar, AZƏRTAC Yanvarın 30-da Sankt-Peterburqda Ermitaj muzeyinin Qış Sarayını
Bu barədə AZƏRTAC muzeyin mətbuat xidmətinə istinadla xəbər verir.
“Bu gün, yanvarın 30-da Ermitajın Qış Sarayının təhlükəsizlik rejiminin pozulması təhdidi ilə anonim mesaj daxil olub.
Binanın əsas girişi bağlanıb, ekspozisiya zalları və xidməti otaqlarda yoxlamalar aparılır”, - deyə məlumatda qeyd olunur.
Muzeydən bildirilib ki, hazırda Baş muzey kompleksinə giriş Şuvalov keçidi, Million, 37/Saray sahili, 36 ünvanında mümkündür.
Ermitajdan həmçinin qeyd olunub ki, bu günə giriş biletləri olan ziyarətçilər Baş muzey kompleksini həm bu gün, həm də istənilən digər günlərdə ziyarət edə bilərlər.
Muzeyin adi rejimdə fəaliyyətinin bərpa olunması barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, yanvarın 24-də Ermitajın ziyarətçiləri təhlükəsizlik təhdidi səbəbilə təxliyyə olunub. Buna səbəb anonim təhdid mesajı olub.
Tam oxu
Xəbəri oxu